vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
22:48 | 12 aprel 2016 | Çərşənbə axşamı Məqaləyə 831 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fransadan daha bir zərbə

Fransız senator ermənilərin əleyhinə bəyanat verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransanın En (Ain) rayonunun Senatoru, Senatın Xarici Əlaqələr Komitəsinin üzvü Silvi Qo-Şavan dinc əhaliyə və Azərbaycan ərazisinə qarşı erməni təcavüzünü qətiyyətli şəkildə pisləyib.

Azərbaycanın Fransadakı səfirliyindən AzVision.az-a verilən məlumata görə, o, erməni qüvvələrinin qanunsuz şəkildə Dağlıq Qarabağ vilayətini və ətrafındakı yeddi rayonu işğal etdiklərini xatırladıb. Senator Ermənistanı davamlı olaraq həyata keçirdiyi təhriklərdən əl çəkməyə çağırıb və BMT Təhlükəsizlik Şurasının erməni hərbi qüvvələrinin işğal edilmiş ərazilərdən geri çəkilməsi ilə bağlı qətnamələrinə əməl edərək, beynəlxalq hüquqa hörmət etməyi ondan tələb edib.

Senator Silvi Qo-Şavan Azərbaycanın birtərəfli qaydada atəşkəs elan etmək qərarını alqışlayıb və Ermənistandan da eyni addımı atmağı tələb edib.

«Mülki əhalini qadın və uşaqlara məhəl qoymadan, qətlə yetirən Ermənistan ordusu tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ona bitişik rayonlar, Fransanın iqtisadi tərəfdaşı və terror əleyhinə mübarizədə mühüm müttəfiqi olan və sabitlik adası sayılan Azərbaycan Respublikasının ərazisidir. Ermənistan ordusu dərhal və heç bir qeyd-şərtsiz həmin ərazilərdən çıxarılmalıdır», - deyə Silvi Qo-Şavan bəyan edib.