vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
18:22 | 13 aprel 2016 | Çərşənbə Məqaləyə 2063 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ tarixçisindən ilginc faktlar

«Ermənilər Vandakı bütün müsəlmanları öldürdülər»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ruslar 1828-ci ildə İrəvanı türklərdən alıb ermənilərə verdi. Çünki onlar bilirdilər ki, türklər orada qalsalar, əzəli torpaqlarını işğal edənləri bağışlamayacaqlar. Buna görə də türkləri oradan çıxarıb, özlərinə dost olan xalqı - erməniləri yerləşdirdilər.

Axar.az Türkiyənin «Hürriyyət» qəzetinə istinadən xəbər verir ki, bu sözləri amerikalı tarixçi Castin Makkarti İngiltərənin paytaxtı Londonda təşkil olunan «Birinci Dünya müharibəsində nə oldu?» adlı konfransda danışarkən deyib. Makkarti ermənilərin Vanda müsəlmanları qırması haqda da danışıb:

«Osmanlının Van vilayətini ələ keçirən ermənilər həmin bölgədəki bütün müsəlmanları öldürdülər. O dönəm Vanın cəmi 17 faizi ermənilərdən ibarət idi. Bu da ermənilərə planlarını həyata keçirməyə imkan vermirdi. Buna görə də onlar bölgədəki müsəlmanları öldürməyə başladılar. Ermənilər həmçinin Osmanlının 6 vilayətini işğal edib, oranı öz qədim torpaqları elan etdilər».

Makkarti bundan başqa, Birinci və İkinci Dünya müharibələrinə aid bir çox məxfi məlumatların, sənədlərin İngiltərə arxivlərində saxlanıldığını bildirib.