vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜLƏŞ  
20:08 | 16 aprel 2016 | Şənbə Məqaləyə 3144 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənidən olimpiyanı qoparan güləşçi

Cəbrayıl Həsənov 40-cı lisenziyamızı qazandı

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • Xaçatryanın 51 saniyəlik taqəti

Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turnirində Azərbaycan güləşçisi Cəbrayıl Həsənov uğurla çıxış edib. Sərbəst güləş yarışlarında 74 kq çəkidə mübarizə aparan C.Həsənov ardıcıl olaraq moldovalı Aleksandru Burca, polşalı Kristian Brzozovskiyə qalib gəlib.

Yarımfinalda erməni idmanşısı Suren Xaçatryanı 51 saniyə ərzində məğlub edən güləşçimiz finala çıxıb. Nəticədə o, həm də Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Beləliklə də millimiz «Rio-2016»ya 40-cı lisenziyasını əldə edib.
Final görüşləri bu gün saat 21:00-da başlayacaq.