vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
ENERGETİKA  
16:03 | 18 aprel 2016 | Bazar ertəsi Məqaləyə 1708 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Son dəqiqədə fikirlərini dəyişdilər»

«Vəziyyət neft bazarına mənfi təsir edə bilər»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın energetika naziri Aleksandr Novak, Qətərdə keçirilmiş neft toplantısından nəticə olmaması ilə əlaqədar olaraq Səudiyyə Ərəbistanın məsuliyyət daşıdığını deyib.

RİA Novosti-də yer alan xəbərə görə, Novak, dünən Qətərin paytaxtı Dohada keçirilən neft toplantısından bir razılaşma çıxmamasının səbəbi olaraq, Səudiyyə Ərəbistanı və bəzi Körfəz ölkələrinin son dəqiqədə mövqelərini dəyişmələrini göstərib.


Novak, toplantı ərəfəsində bir çox ölkənin istehsalı dondurmağa dair bir razılaşma məsələsində istəkli olduğunu bildirərək, «Ancaq son dəqiqədə Səudiyyə Ərəbistanı və bəzi Körfəz ölkələrinin fikri dəyişdi. Bu vəziyyət neft bazarına mənfi təsir edə bilər» deyib.

Brent neftin barrelinin qiyməti, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) Qətərin paytaxtı Dohada keçirdiyi iclasda, neft hasilatına məhdudiyyət tətbiq edilməsinə qərar verməməsinin ardından kəskin aşağı düşüb. Brent neftin barrelinin qiyməti, 5 faiz aşağı düşərək 41 dollar səviyyəsinə qədər geriləyib.