vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
QARABAĞ  
13:10 | 26 aprel 2016 | Çərşənbə axşamı Məqaləyə 2298 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qülləsi qopub kənara uçdu...»

Müdafiə Nazirliyi Tərtərdə vurulan erməni tankı haqda: «Yüksək dəqiqliyi hələ bundan sonra izləyəcəklər»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Müdafiə Nazirliyi aprelin 25-nə keçən gecə təmas xəttinin Tərtər-Ağdərə istiqamətində erməni tankına qarşı İsrail istehsalı olan «Spike» raketinin «uğursuz tətbiqinə» dair düşmənin yaydığı məlumata münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı virtualaz.org-a açıqlamasında deyib ki, «Spike» hədəfi 100 faiz dəqiqliklə vuran silahdır və ondan yayınmaq mümkün deyil.

«Görünür ermənilər üçün bu silah çox təəccübləndirici olub, axı onlar heç vaxt belə dəqiq silah görməyiblər. «Spike» raketinin zərbəsindən tankın qülləsinin qopub kənara uçmasını onlar «qeyri-dəqiq zərbə» kimi qiymətləndirirlərsə problem deyil. Ermənilər bizim yüksək dəqiqlikli silahlarımızı hələ bundan sonra izləyəcəklər və hər dəfə təəccüblənəcəklər» - Vaqif Dərgahlı deyib.

Azərbaycan  Müdafiə Nazirliyi bildirmişdi ki, aprelin 25-də düşmən Ağdərə istiqamətində tankları döyüş mövqeyinə çıxarıb və mövqelərimizə həmlə etməyə cəhd göstərib. Azərbaycan ordusu cavab atəşi ilə düşmənin bir tankını sıradan çıxarıb, bundan sonra ermənilər mövqelərinə geri çəkiliblər.