vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
SƏHİYYƏ, ORDU  
13:20 | 4 may 2016 | Çərşənbə Məqaləyə 2573 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qorxulu proqnoz

Hər iki adamdan biri astma xəstəsi olacaq

ÜLVİYYƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Yaxın gələcəkdə astmalı xəstələrin sayı 400 milyona çatacaq. Təxminən 2020-ci ildə xüsusilə Avropa ölkələrində hər ikinci adam allergik xəstəliyə tutula bilər. Buna görə də, dövlət strukturları, səhiyyə təşkilatları tədbirlər həyata keçirməlidir.

Virtualaz.org saytı xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında keçirilən Ümumdünya Astma Gününə həsr olunmuş tədbirdə pediatr-allerqoloq, professor Amaliya Əyyubova bildirib.

A.Əyyubova deyib ki, problem müzakirəyə çıxarmaq, əhalini məlumatlandırmaq lazımdır. «Astmalı uşaqlar daima həkim nəzarətində olmaqla bu xəstəlikdən müəyyən mənada qoruna bilər. Valideynlər də bilməlidirlər ki, astmalı uşaqlar üçün daima pəhriz proqramı tətbiq edilməli və onlar əlverişli iqlim şəraitində yaşamalıdırlar».

Tədbirdə o da deyilib ki, 2015-ci ildə bütün dünyada 300 milyon astma xəstəsi olub: «Bu da təxminən dünya əhalisinin 5 faizini təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna görə, bu rəqəm 2020-ci ildə 400 milyona çatacaq».

Uşaqlarda bu xəstəliyin yayılma səbəbi isə süni qidalanma, şirniyyatlardan, sitrus meyvələrindən, antibiotiklərdən həddindən artıq çox istifadədir. Hər il dünyada 250 min nəfər məhz astmadan ölür. Astma nəticəsində əmək qabiliyyətini itirənlərin sayı isə 15 milyonu ötüb.