vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
ƏDƏBİYYAT  
19:13 | 4 may 2016 | Çərşənbə Məqaləyə 3220 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mən o əxlaqın yiyəsi deyiləm»

Kənan Hacı: «Ramiz Rövşənə bu cür çirkin böhtan atmağı mən heç vaxt özümə yaraşdırmaram»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Yafəs Türksəsin bu gün verdiyi müsahibədə mənim adımdan səsləndirdiyi fikirlər ağ yalandır. Mən o qədər qeyri-ciddi adam deyiləm ki, bu cür sözlər deyim».

Bunu açıqlamasında yazıçı Kənan Hacı bildirib.

Kənan Hacı deyib ki, mən Ramiz Rövşəni Azərbaycanın ən böyük şairlərindən, ziyalılarından biri sayıram: «Onun dürüstlüyü, təmizliyi, halallığı ondan sonra gələn bütün ədəbi nəsillər, o cümlədən bizim nəsil üçün bir nümunədir. Ölkəmizin, xalqımızın ən böyük ziyalılarından birinə bu cür çirkin böhtan atmağı mən heç vaxt özümə yaraşdırmaram. Mən o əxlaqın, tərbiyənin yiyəsi deyiləm».

Xatırladaq ki, şair Yafəs Türksəs saytlardan birinə verdiyi müsahibədə Kənan Hacının adından bunları bildirib: «O gün Kənan Hacı mənə deyir ki, adını çəkmək istəmədiyim məmurlardan biri Ramiz Rövşənə beş min pul verdi».