vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNDƏM  
17:38 | 10 may 2016 | Çərşənbə axşamı Məqaləyə 1363 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tehran nöqtəni qoydu

«İran qazı Ermənistan üzərindən Gürcüstana nəql edilməyəcək»

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

«İran qazının Ermənistan ərazisindən Gürcüstana nəqli ilə bağlı danışmaq yersizdir». Bunu İranın neft nazirinin müavini, Milli Qaz Şirkətinin baş direktoru Həmidrza İraqi deyib.

Nazir müavini əlavə edib ki, hazırda İrandan Azərbaycana qazın nəql olunması ilə bağlı məsələlər müzakirə edilir: «İran və Azərbaycan bu sahədə əməkdaşlığı genişləndirəcək. Azərbaycan da İran kimi qaz hasil edən ölkədir. Bununla yanaşı, Azərbaycan İran üçün qonşu və qardaş ölkədir. İran qonşu ölkələrlə enerji sahəsində əməkdaşlıq etməkdə maraqlıdır. Regionda tutduğumuz mövqe və ehtiyatlarımız bizə imkan verir ki, qonşu ölkələrin qaza olan tələbatını ödəyək».