vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
MUSİQİ  
12:46 | 17 may 2016 | Çərşənbə axşamı Məqaləyə 2170 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qalib dəyişə bilər?

12 xal səhvən verilib

MÖVZU İLƏ ƏLAQƏLİ

«Eurovision 2016» mahnı müsabiqəsində daha bir anlaşılmazlıq baş verib. «Qafqazinfo» xəbər verir ki, Danimarkanın ən yüksək münsif səsi səhvən Ukraynaya verilib.

Bu barədə «Eurovision»un Danimarka üzrə nümayəndəsi bildirib.

Hilda Heyk qeyd edib ki, əslində 12 xal Ukrayna üçün yox, Avstraliya üçün nəzərdə tutulub:

«Qiymətləndirmə sistemində qarışıqlıq yaranıb. Ukraynaya 1 bal belə vermək fikrimiz yox idi. Səhvimi növbəti gün başa düşmüşəm, etiraf edirəm, mənim səhvimdir. Qeyd etmək istəyirəm ki, çoxları məni təqaüdə göndərməyə çalışsalar da, qocalıq psixosundan əziyyət çəkmirəm».

Qeyd edək ki, Avropa Yayım Birliyinə (EBU) məsələ ilə bağlı müraciət edilib.  Lakin qurumun məsələ ilə bağlı hər hansı bir planı yoxdur.

Səsvermə nəticələri nəzərə alınsa, nəticə dəyişə bilər. Belə ki, Ukraynanın topladığı 534 baldan 12 xal geri götürülərək Avstraliyanın topladığı 511 bala əlavə olunsa, Dami İm 1 xal fərqlə qalib hesab edilə bilər.