vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
CƏMİYYƏT  
13:40 | 17 may 2016 | Çərşənbə axşamı Məqaləyə 1363 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Vətəndaş ağıllanacaq ki, ...»

«...belə iş tutmalı deyildi»

Aytən ZƏHRA

Meşə Məcəlləsinə növbəti dəyişiklik edilib. Modern.az xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsi barədə məlumat verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qeyd edib ki, Məcəllənin 79-cu maddəsinin ikinci hissəsindən “inzibati” sözlərinin çıxarılması təklif olunur: «Yəni, bu dəyişiklik Meşə Məcəlləsini İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə edilir.

Belə ki, İnzibati Xətalar Məcəlləsində torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə konkret cəza tədbiri müəyyən edilib». Deputat Elmira Axundova təklif edib ki, qanun layihəsindən «inzibati» sözləri çıxarılmasın.

Birinci vitse-spiker Ziyafət Əsgərov isə bildirib ki, layihə olduğu kimi qalmalıdır:

«Vətəndaş qanunsuz olaraq meşə ərazisindən istifadə edəcəksə, cərimələnəcək. Yox, əgər cərimələnəndən sonra zəbt davam edəcəksə, cinayət məsuliyyətinə cəlb olunacaq. Vətəndaş ağıllanacaq» ki, belə bir iş tutmalı deyildi».