NATO-dan üç təklif var...
Üçü də, ...
Elxan ŞAHİNOĞLU, «Atlas» Araşdırmalar Mərkəzi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Amerika seçicisi balans istəyir
Sorğuda respondentlərin əksəriyyəti “dünya siyasətinə daha az qarışılmasına” tərəfdardır
-
“Onlar insan deyil”
Tramp ölkədəki qeyri-qanuni mühacirləri hədəfə alıb
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
“ABŞ seçkiyə kölgə saldı”
Nikolas Maduro: “Vaşinqtonda əsəblər gərgindir”
-
Vaşinqton və “boz ərazi”
Bayden administrasiyasının heç vaxt dəqiq strategiyası olmayıb
-
“Əlaqələr kəsilməməlidir”
ABŞ və Çin arasında kritik görüş – “Tayvan qırmızı xətdir”
-
5 milyard ödəyəcək
“Google” təzminat iddialarını qəbul edib
-
“Lego”dan ABŞ polisinə etiraz
Şübhəlilərin üzünün örtülməsinə görə ....
-
NATO-ya qadın başçı
Dünyanın ən güclü hərbi ittifaqına qatı antirusiyaçı, keçmiş SSRİ vətəndaşı rəhbərlik edəcək
-
“Qətliam olacaq”
“85 il əvvəl 200 min rus əsgərini öldürmüşdük”
-
“Havana sindromu” – sirr pərdəsi aralanır
Dünyanın səbirsizliklə gözlədiyi hesabat dərc olundu
-
... Avropanın ilk beşliyində
Milyarderlər məskəni, sevimli-əziz şəhər ...
-
Bayden üzərindəki impiçment “buludu”
Demokratlar Konqres qarşısındakı açıq ifadə tələbini “Hail Mary” zərbəsi sayır
Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığının rəhbəri, general Ben Hodces ötən həftə Bakıda 3 vacib təklifini Azərbaycan rəsmilərinin diqqətinə çatdırdı.
Birinci təklif: Gələn il Gürcüstanda birgə hərbi təlimlər keçiriləcək. ABŞ həmin təlimlərdə Azərbaycan hərbçilərini də görmək istəyir.
İkinci təklif: Yay aylarında Rumıniyada da birgə hərbi təlimlər planlaşdırılıb. ABŞ bu təlimlərə Azərbaycan hərbçilərini də dəvət edib.
Üçüncü təklif: Rəsmi Bakının dəvəti olacağı təqdirdə ABŞ hərbçiləri Azərbaycana gəlib, birgə təlimlərdə iştirak etmək istəyirlər. Amerikalı generalın sözlərinə görə amerikalı hərbçilər bu bölgəyə xas olan təcrübəni öyrənməkdə maraqlıdırlar.
Rəsmi Bakı üçün amerikalı generalın hər 3 təklifinə «hə» deməsi problematikdir. Çünki, rəsmi Bakı Kremlin reaksiyasından ehtiyat edir. Məsələn, may ayının sonunda Gürcüstanda ABŞ və Böyük Britaniya hərbçilərinin və döyüş texnikasının iştirakı ilə birgə hərbi təlimlər keçirildi. Əslində Azərbaycan bu təlimlərə də dəvətli idi. Ancaq Rusiya hakimiyyəti Tiflis yaxınlığında – Vazianidəki təlimlərə etiraz etdi. Əgər Azərbaycan hərbçiləri də həmin təlimlərdə iştirak etsə idilər, bu Bakı ilə Moskva arasındakı münasibətlərdə müəyyən suallar yaradacaqdı. Azərbaycan hakimiyyəti isə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı indiki həssas məqamda Rusiya ilə münasibətlərdə gərginlik yaşamaq istəmir.
Buna baxmayaraq, NATO istər-istəməz Azərbaycan sərhədlərinə yaxınlaşıb və yaxın gələcəkdə rəsmi Bakı seçim etmək məcburiyyətində qalacaq. İyul ayında Polşa paytaxtı Varşavada NATO sammiti keçiriləcək. Əgər həmin sammitdə Gürcüstanın NATO üzvlüyünə və ya inteqrasiyanın gücləndirilməsinə razılıq verilərsə, bu NATO-nun Cənubi Qafqazda möhkəmlənməsinə şərait yaradacaq. ABŞ-ın Gürcüstanda kiçik miqyaslı hərbi bazasının formalaşdırması da mümkündür. NATO Azərbaycanla da hərbi əməkdaşlığa maraq göstərir. NATO ən azı Azərbaycandan keçən boru xətlərinin mühafizəsi məsələsində Bakı ilə dialoqu genişləndirməyə ümidlidir. Digər tərəfdən NATO strukturları Azərbaycanın ərazi bütövlüyü məsələsində qətiyyətli mövqe nümayiş etdirir, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yanaşmasına dəstək verirlər. NATO-nun bu yanaşması istər-istəməz Azərbaycanla NATO arasındakı əməkdaşlığın genişləndirilməsini zəruri edir.
Rəsmi Bakı birbaşa NATO və ABŞ-la hərbi əməkdaşlığın genişlənməsi məsələsində bir qədər ehtiyat etsə də digər NATO üzvü olan Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirməkdən çəkinmir və bu zaman Azərbaycan hakimiyyəti Rusiyanın mövqeyini nəzərə almır. Rusiya hakimiyyətinin özü də NATO-nun Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığından narahat olsa da, Bakı-Ankara hərbi əməkdaşlığını özü üçün təhlükə kimi qiymətləndirmir. Çünki, bilir ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı Rusiyanın əleyhinə yönəlməyib, həm də Kreml eyni dilə və kökə malik Azərbaycanla Türkiyənin hərbi və siyasi ittifaqını da zərurətdən irəli gəldiyini anlayır.
Bu baxımdan Azərbaycan Türkiyənin dəvət etdiyi bütün birgə hərbi təlimlərdə iştirak edir. Məsələn, Azərbaycan hərbçiləri keçən həftə eyni gündə Türkiyədə iki hərbi təlimdə iştirak etdilər. Birinci təlimlər Türkiyənin İzmir şəhərində keçirilib. «Efes» adlanan təlimlərini Türkiyənin prezidenti və baş naziri ilə yanaşı Azərbacanın müdafiə naziri də izləyib. Təlimlərdə Türkiyə, Azərbaycan, ABŞ, Almaniya, İngiltərə, Polşa, Pakistan, Səudiyyə Ərəbistanı və Qatar hərbçiləri iştirak ediblər. Bu o deməkdir ki, əslində rəsmi Bakı Türkiyə və ABŞ hərbçilərinin iştirak etdikləri təlimlərdən yayınmır. Əsas şərt təşəbbüskarın Türkiyə olmasıdır. Eyni günlərdə Azərbaycan hərbi pilotları Türkiyənin bir başqa şəhəri – Konyada keçirilən hərbi təlimlərdə də iştirak edirlər. «Anadolu Qartalı - 2016» adlanan təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 pilotu təmsil olunur.
Beləliklə, ABŞ və NATO Rusiyanın qonşuları ilə əməkdaşlığı genişləndirmək istəyir. Baltik ölkələri, Ukrayna, Moldova, Gürcüstan bu əməkdaşlıqda maraqlıdırlar. Çünki Rusiyadan təhlükə gözləyirlər. Azərbaycan hakimiyyəti NATO-nun Qərbdən olan üzvləri ilə birgə hərbi təlimlərdən ehtiyat etsə də, ordu quruculuğu məhz NATO standartlarına əsaslanır. NATO standartlarını isə NATO-nun və Türkiyənin hərbi strukturlarında kurslar keçən hərbçilər bilirlər. Ona görə də rəsmi Bakı istər-istəməz NATO və Türkiyənin hərbi texnologiyalarını mənimsəyən hərbçilərə üstünlük verməlidir.