«Köhnə şüşədə yeni şəraba bənzəyir»
İki neft nəhənginin sövdələşməsi qiymətə necə təsir edəcək...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
Dezinformasiya yayanlara sanksiya
Fransa XİN Rusiya şirkətlərini hədələdi
-
Rusiya ordusunda kritik dəyişiklik
Hərbi Dəniz Qüvvələrinə və Qara Dəniz Donanmasına iki təyinat
-
Tanekoya PUA zərbələri
Ukrayna Rusiyanın əsas neft emalı zavodunu vurdu
-
Rusiyaya PUA hücumu
“Shaded-136”lar istehsal olunan zavodda partlayış baş verib
-
150 minlik ordu
Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı
-
“Qətliam olacaq”
“85 il əvvəl 200 min rus əsgərini öldürmüşdük”
-
“Havana sindromu” – sirr pərdəsi aralanır
Dünyanın səbirsizliklə gözlədiyi hesabat dərc olundu
-
Ukraynaya 1,5 tonluq bomba atıldı
SSRİ zamanı istehsal Termobarik raket döyüşdə ilk dəfə istifadə olunur
Səudiyyə Ərəbistanı və Rusiya neftlə bağlı əməkdaşlıq sazişi imzalayıblar, amma hasilat limiti barədə bir söz deməyiblər. Cəmi üç həftədən sonra Əlcəzairdə neft hasilatçılarının sammitində bu məsələ müzakirə olunacaq.
«The Wall Street Journal» yazır ki, bazar ertəsi Çində G20 sammiti çərçivəsində əldə olunmuş bu razılaşma, əslində, iki ən böyük neft hasilatçısının necə böyük təzyiq altında qalmasının göstəricisidir. Neftin qiyməti düşür, ölkələr daxilindən və xaricdən bazarın möhkəmləndirilməsindən ötrü çağırışlar səslənir. Rusiya prezidenti Vladimir Putin ötən həftə deyib ki, böyük ixracatçıların hasilatıdondurması yaxşı ideyadır.
«Ortaya qəti öhdəliklər qoyulmadığından neft treyderləri və rəsmiləri bazar ertəsi paktının əhəmiyyətinə skeptik yanaşırlar. Axı Səudiyyə və Rusiya bu ilin əvvəlində də oxşar razılaşma əldə etdi, amma apreldə Qətərdə hər şey alt-üst oldu, səudiyyəlilər qəflətən israr etdilər ki, İran da sövdələşməyə qoşulsun», - məqalədə vurğulanır.
Əlcəzair görüşü sentyabrın 26-da başlanacaq. Səudiyyə OPEC-də ən böyük, Rusiya isə bu təşkilatdan kənarda ən böyük neft hasilatçısıdır.
Bazar ertəsi dünya bazarlarında neft qəfil bahalanmağa başlayıb, barreli 5 faiz yüksələrək 49.40 dollara çatıb. Amma Səudiyyənin energetika naziri Xalid əl-Falih və onun rusiyalı həmkarı Aleksandr Novak açıqlama verən kimi qiymət yenidən düşüb. Çünki hər ikisi hasilatın dondurulması barədə bir-birinə zidd siqnallar veriblər.
Novak deyib ki, razılaşma əldə olunarsa, hasilat altı aylığa, özü də iyul, avqust və sentyabrdakı səviyyədə dondurula bilər. O, İrana güzəşt olunmalı olduğunu vurğulayıb. OPEC üzvü olan İran Qərbin sanksiyaları qaldırılandan sonra hasilatı artırır.
İran «konstruktiv rol» oynasın
Əl-Falih isə bildirib ki, koordinasiyayla bağlı birgə anlaşma əldə etmək məqsədilə OPEC üzvləri ilə işləyəcək: «Məsuliyyəti təkbaşına götürə bilmərik; liderlik rolunu oynayacaq və digərlərinin qoşulmasına çalışacağıq. Əlcəzair görüşünün kvorum yaradacağı barədə nikbin düşünürük». Nazir onu da söyləyib ki, İran «dondurulma danışıqları»nda konstruktiv rol oynamalıdır. Nazirin sözlərincə, hazırda hasilatın dondurulması elə də vacib deyil.
İran rəsmisi isə elə bazar ertəsi bildirib ki, Səudiyyə-Rusiya razılaşmasından asılı olmayaraq, ölkə hasilat hədəflərinə çatmağıplanlaşdırır.
Səudiyyə və Rusiyada hasilat böyük ixracatçılararasında həssas məsələ sayılır. Hər iki ölkə rekord həcmdə neft çıxarır. Amma Nigeriya, Venesuela kimi OPEC ölkələri hasilatın azaldılmasına çağırırlar, belə ki, iqtisadi çətinliklər artıq iğtişaşlar yaratmaqdadır.
Son razılaşmaya isə OPEC-in öz üzvləri içində şübhəylə baxanlar var. «Səudiyyə Ərəbistanı hasilatı dondurmayacaqsa, onda bunu kim edəcək? Onda Əlcəzair görüşünün mənası nədir?»,- OPEC-də bir təmsilçi qəzetə deyib.
Köhnə şüşədə yeni şərab
«İlk baxışda, bu razılaşma köhnə şüşədə yeni şəraba bənzəyir», - «DZ Bank AG»nin təhlilçisi Axel Herlinghaus «Bloomberg» agentliyinə deyib. «Əvvəllər də belə ambisiyalar səslənib, amma sonradan qətiyyətli addımlar atılmayıb».
Amma agentlik iki neft nəhənginin birgə mətbuat konfransını «nadir hadisə» adlandırır. Nazirlər deyiblər ki, «bu, əməkdaşlığın neftin dirçəlməsindən ötrü vacibliyinə inamın artdığını göstərir».
Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Qətərin neft nazirləri də birgə bəyanatı alqışlayıblar.
«Neftin qiymətinin 50 dollardan aşağı olması qəbuledilməzdir. Ölkələrə sərmayə qoymağa, sənayeni inkişaf etdirməyə gəlir lazımdır», -Əlcəzairin energetika naziri Noureddine Bouterfa vurğulayıb. (“Azadlıq” radiosunun xülasəsi)