vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
OLAY  
19:28 | 6 sentyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2761 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«...İndi Həccə gedirəm»

Gülər Əhmədova ziyarətə yollanıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Sabiq deputat Gülər Əhmədova müqəddəs Həcc ziyarətinə gedib. Modern.az saytının xəbərinə görə, bu barədə Gülər Əhmədova özü məlumat verib. «Allah arzusunda olan hər kəsə qismət etsin», - deyə G.Əhmədova bildirib.

Qeyd edək ki, keçmiş deputat bir müddət öncə məhkəmə vasitəsilə ölkədən xaricə çıxmaq icazəsi alıb.

Belə ki, bu il iyulun 12-də Bakı Apelyasiya Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın Azərbaycandan kənara çıxmasına qoyulmuş qadağanın götürülməsi barədə vəsatətə baxılıb və ona üç ay müddətinə Azərbaycan hüdudlarından kənara çıxmasına icazə verilib. 

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videolardan sonra G.Əhmədova deputat mandatından imtina edib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Keçmiş deputat Cinayət Məcəlləsinin dələduzluq, cinayəti bilib xəbər verməmək maddələri ilə ittiham olunub. 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan keçmiş deputat apelyasiya şikayəti verib. 2014-cü il mayın 5-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya verilən həbs 3 il sınaq müddəti təyin olunmaqla, şərti cəza ilə əvəzlənib və azadlığa buraxılıb.