vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
SƏHİYYƏ, ORDU  
15:31 | 19 sentyabr 2016 | Bazar ertəsi Məqaləyə 2526 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Keyfiyyətli dolğulardan istifadə edin!»

Dünyanın məşhur cərrahları Bakıda mühazirə keçdi

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD FOTO

  • Estetik cərrahların Bakıda toplantısı
  • Estetik cərrahların Bakıda toplantısı
  • Estetik cərrahların Bakıda toplantısı
  • Estetik cərrahların Bakıda toplantısı

«Pasiyentlərinizə keyfiyyətli dolğulardan istifadə edin və onlara cavanlıqlarını qorumaq üçün sağlam həyat tərzi keçirməyin vacibliyini bildirin» – Sevilya universitetinin biokimya kursunun direktoru professor Antonio Ayala azərbaycanlı həkim-kosmetoloqlara belə müraciət edib. Hayal Estetika və Məsləhətçilik şirkətinin Azərbaycanda ilk dəfə keçirdiyi nanotexnologiya əsaslı innovativ dolğulara həsr edilmiş konfransda yaşlanmanın kimyasından danışan avropalı alim dərinin tərkibindəki nəmliyi saxlayan təbii məhsullarla gənclik təravətini uzun müddət saxlamaq mümkün olduğunu deyib.

Konfransa dəvət edilmiş digər spikerlər - İspaniya Anti-Age Tibbi Assosiyasinin – SEMAL-ın prezidenti Dr.Xose Serres, JBP-V-LİFT Pro şirkətinin elmi rəhbəri Dr.İsidro Rebelo, JBP Avropa ofisinin başçısı və beynəlxalq spikeri  Dr.Vicenta Llorca müasir kosmetik tibbdə istifadə edilən nanotexnologiya əsaslı dolğulardan, bədənin müxtəlif hissələrinə tətbiq edilən dolğuların fərqlərindən danışıblar. Dünyada ilk və yeganə nanotexnologiya əsaslı dolğu olan Yaponiya istehsallı JBP-nanolink dolğularının üstünlüklərinə diqqət çəkən avropalı alim-həkimlər cərahiyyə müdaxiləsi olmadan estetik əməliyyat etmək üçün JBP-nanolinklərin ideal vasitə olduğunu qeyd ediblər. Avropada tanınmış estetik klinikaların rəhbərləri olan mütəxəssislər həm də öz təcrübələrində bu dolğulardan necə istifadə etdiklərini azərbaycanlı həmkarlarına nümayiş ediblər.

JBP Nanolink dolğularının  Azərbaycanda rəsmi təmsilçisi olan Hayal Estetika və Məsləhətçilik şirkətinin icraçı direktoru Aynur Saqiyeva bildirib ki, dünyada Top 4-də yer alan, ilk və tək nano texnologiya əsasında hazirlanan , 100 faiz güvənli Yaponiya dolgularindan istifadə etməklə  təbii gözəlliyinizi qorumuş olacaqsiniz . JBP Nanolink dolğularının fərqi isə digər təbii dolğulara nisbətən daha uzun müddət qalmasıdır.

Təşkil edilən  konfransin keçirilməsində ölkənin məşhur estetika və gözəllik mərkəzləri, klinikalar dəstək verib. Tədbirin sponsorları Arash Shirketi, Estethica gözəllik mərkəzi, ZNK şirkəti, NB Lazur 211 tibb mərkəzi, BTL aesthetics, Gozel Qadın dünyası idi.

Tədbirdə 400 nəfərədək həkim-kosmetoloq, dermatoloq və plastik cərrah  iştirak edirdi.