vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
SOSİAL  
22:06 | 17 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 2182 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

10 aya 70 min artım

Azərbaycanda əhali sayı 10 milyona az qaldı

MÖVZU İLƏ ƏLAQƏLİ

İlin əvvəlindən ölkə əhalisinin sayı 70,1 min nəfər və ya 0,7 faiz artaraq 2016-cı il sentyabr ayının 1-i vəziyyətinə 9 milyon 775,7 min nəfərə çatıb. Dövlət Statistika Komitəsindən Vaxt.az-a verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər olub.

Ölkə əhalisinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi qadınların payına və hər 1000 kişiyə isə hazırda 1007 nəfər qadın düşür.

Cari ilin yanvar-avqust ayları ərzində ölkədə 106,5 min, yaxud hər gün orta hesabla 436 doğulan körpə qeydə alınıb. Bu göstərici əhalinin hər 1000 nəfərinə 16,5 təşkil edib. Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlardan ibarət olub. Körpələrin 1872-si əkiz, 51-i isə üçəm olub. Bundan başqa, bu ilin yanvar-avqust ayları ərzində ölkədə 37,8 min ölüm halı qeydə alınıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi dəyişməyərək eyni səviyyədə (5,9) qalıb.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində ölkədə 106,5 min, yaxud hər gün orta hesabla 436 doğulan körpə qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,5 təşkil edib. Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlardan ibarət olub. Körpələrin 1872-si əkiz, 51-i isə üçəm doğulub.

Cari ilin yanvar-avqust ayları ərzində ölkədə 37,8 min ölüm halı qeydə alınıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi dəyişməyərək eyni səviyyədə (5,9) qalıb.

Bu ilin yanvar-avqust ayları ərzində qeydiyyat şöbələri tərəfindən 42,2 min nikah və 8,6 min boşanma halları qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,6, boşanmaların sayı isə 1,3 olub.

Bu ilin yanvar-avqust ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2622 nəfər gələn və 1205 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1417 nəfər təşkil edib.