vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
QARABAĞ  
13:28 | 18 oktyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 672 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Razılaşa bilsək, ...»

İlham Əliyev: «Dağlıq Qarabağ muxtar respublika ola bilər»

Vüqar İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

«Dağlıq Qarabağla bağlı qarşlıqlı kompromis mövcuddur, region muxtar respublika ola bilər». Vaxt.az xəbər verir ki, bu barədə «RİA Novosti» Agentliyinə müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib.

«Məntiqli kompromis mövcuddur: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi, onların daxili idarəetməsi və Azərbaycan tərəfindən investisiya layihələrinin həyata keçirilməsi. Və iki xalqın sülh içində yaşaması üçün Dağlıq Qarabağ muxtariyyətindən kənardakı ərazilər geri qaytarılmalıdır. Problemin həllini belə görürük».

İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir kompromisə gedilməyəcəyini də vurğulayıb.

«Biz heç zaman Dağlıq Qarabağa müstəqillik verilməsinə razılaşmayacağıq. Amma yerli idarəetmə ilə bağlı müəyyən razılaşma əldə etmək mümkündür, razılaşa bilsək, burada muxtar respublika yaradıla bilər».