vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ELM-TƏHSİL, DİN  
13:34 | 18 oktyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 868 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bağçalar özəlləşdirilir

Milli Məclisdə məsələ qaldırıldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməməsi təklif edilir. Modern.az-ın xəbərinə görə, bu təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında «Məktəbəqədər təhsil haqqında» qanun layihəsinin müzakirəsi zaman komitə sədri İsa Həbibbəyli çıxış edib.

Deputat bildirib ki, özəlləşdirmə məktəbəqədər təhsil müəssisələrinin təyinatını dəyişməməlidir:

«Qanun layihəsinin hazırlıq variantında bağçaların özəlləşdirilməməsini qeyd etmişdik. Lakin sonra baxdıqda gördük ki, rayonların bəzilərinə maliyyə yardımları ayırmaq bir az çətin olur. Ona görə də məcburən dövlətin tikib istifadəyə verdiyi bir çox bağçaların inkişaf etməsi və fəaliyyətini davam etdirməsi üçün özəlləşdirməyə ehtiyac var. Belə faktlar rayonlarda müşahidə olunur. Bu səbəbdən təyinatı dəyişmədən məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsini mümkün hal hesab edirik».