vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
ELM-TƏHSİL, DİN  
08:21 | 19 oktyabr 2016 | Çərşənbə Məqaləyə 1068 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məktəbəqədər təhsilin yeni formaları yaradılır

Müəssisələrin bir neçə növü müəyyən edilib

Ağa AKİFOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda məktəbəqədər yaşında olan uşaqlar üçün yeni növ təhsil müəssisələri yaradıla bilər. Modern.az-ın xəbərinə görə, Milli Məclisin Elm və Təhsil Komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən «Məktəbəqədər təhsil haqqında» Qanun layihəsində bu məsələ öz əksini tapıb.

Layihəyə əsasən, məktəbəqədər yaşlı uşaqların təhsil aldığı müəssisələrin bir neçə növü müəyyən edilib.

Bunlar körpələr evi, körpələr evi- uşaq bağçası, məktəbəhazırlıq qrupların fəaliyyət göstərdiyi ümumi təhsil məktəbləri, digər tipdən olan təhsil müəssisəsi yanında kompleks formada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi, uşaq inkişaf mərkəzi, sanator tipli uşaq bağçaları (bu uşaq bağçaları infeksion xəstəliklərə meylli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri, elmi-tədqiqat müəssisələrinin yanında yaradılan məktəbəqədər təhsil müəssisəsidir.