vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
15:53 | 19 oktyabr 2016 | Çərşənbə Məqaləyə 744 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyada yeni devalvasiya təhlükəsi

«Daxili mənbələr tapmaq lazımdır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyada texnologiyaların rəqabət qabiliyyətliliyinin azalması fonunda devalvasiya şoku ilə bağlı riskləri arta bilər. «Report»un «Rambler News Service»ə istinadən verdiyi xəbərə görə, bu açıqlamanı Rusiya prezidentinin müşaviri Sergey Qlazyev verib.

S.Qlazyev hesab edir ki, Rusiyaya qarşı sanksiyaların tətbiqi və neft qiymətlərinin azalması dövründə iqtisadi artımı təmin edəcək daxili mənbələr axtarıb tapmaq lazımdır. Bu mənbələr xarici bazarlarda enerji daşıyıcılarının qiymətinin dəyişməsindən asılı olmamalıdır. Qeyd edək ki, prezidentin müşaviri Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) monetar siyasətinin sərt tənqidçisi kimi tanınır. O, Bankın sabit məzənnə siyasəti yürütməsini və faizləri rentabelli səviyyəyə endirməsi zəruriliyini vurğulayır.

S.Qlazyev cari konyunkturada Rusiyanın büdcəni ixtisara salınmasını deyil, əksinə, artırılmasını zəruri sayır. O, Rusiya Bankı tərəfindən yaradılan «yeni reallıqda» istehsalın məhv olunduğunu, qazanan tərəfin isə spekulyantlar olduğunu qeyd edib.

Xatırladaq ki, hazırda Rusiyada dolların məzənnəsi 62,5 rubl/dollar təşkil edir. Məzənnənin maksimal səviyyəsi isə 2016-cı il yanvarın 21-də (86,0 rubl/dollar) qeydə alınıb.