vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
SƏHİYYƏ, ORDU  
16:15 | 19 oktyabr 2016 | Çərşənbə Məqaləyə 2158 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Deputatdan ittiham

Ermənistanda dərman biznesi mafiyanın nəzarətindədir

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanda dərman preparatlarının istehsalı və idxalı sahəsində əsl mafiya hökm sürür. Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu ağır ittihamla parlamentin oktyabrın 19-da keçirilən iclasında Erməni milli konqresinin fraksiyasının katibi Aram Manukyan çıxış edib.

Onun sözlərinə görə, Ermənistanda ağrıkəsicilərin əksəriyyəti saxtalaşdırılır.

«Həkimlər özləri burada alınan dərman preparatlarından istifadə etməməyi məsləhət görür. Bu sahədə əsl dərəbəylik hökm sürür. Bu sahəyə kim nəzarət etməlidir», - Aram Manukyan bu sualına cavab istəyib.

Deputat əlavə edib ki, məhz buna görə adamlar dərman preparatlarını xaricdən almağa məcburdurlar.