vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
RƏY, REPLİKA  
16:19 | 19 oktyabr 2016 | Çərşənbə Məqaləyə 2369 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«...Demokratiya prosedurları isə işləyir»

Dünya müxalifəti böhran vəziyyətindədir...

Namidə BİNGÖL

MÖVZU İLƏ ƏLAQƏLİ

Müxalifət, siyasi arenada nə qədər odlu-alovlu təsir bağışlasa da, başqa təəssürat da yaradır. Dünya təcrübəsinə nəzər yetirəndə müxalifətin zəifliyi diqqətdən yayınmır. Yaxın Türkiyə təcrübəsini də misal gətirmək olar.

Bəs Azərbaycan müxalifəti hansı vəziyyətdədir?! Ümumi ab-hava Azərbaycandakı müxalifətlə bağlı nə deyir?!

Politoloq Zərdüşt Əlizadə Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

«Dünya miqyasında müxalifət müxtəlif formada fəaliyyət göstərir. Avropada mütəmadi olaraq, müxalifət partiyaları ilə hakim partiyalar arasında rəqabətin getdiyinin şahidi ola bilərik. Avropa miqyasında millətçi və sağ partiyaların nüfuzu artıb. Sosialist və sol partiyaların nüfuzu isə zəifləyib. Mütəmadi olaraq, liderlər də dəyişir. Faktiki, onu demək olar ki, dünya müxalifəti böhran vəziyyətindədir. Amma demokratiya prosedurları işləyir».

Zərdüşt Əlizadə, Azərbaycanda mövcud olan müxalifətin faciəsinin səbəblərini açıqlayıb.

«Azərbaycana gəldikdə  deyə bilərəm ki, Azərbaycan müxalifəti zəifdir və liderlər zəkadan kasaddırlar. Cəsarətsizlik də istisna deyil. Çirkli və şübhəli keçmişə sıx bağlıdırlar. Bunun da bir səbəbi var. O zaman SSRİ dağılmaq ərəfəsində idi və böhran dövrünü yaşayırdıq. Cəmiyyətdə təlatümlər baş verirdi. Həmin vaxt cürbəcür yüngül zəkalı insanlar qısa zamanda meydana çıxmağa başladı. İndi isə sabitlikdir. Eyni zamanda, hakimiyyətin içində də zəiflik halları müşahidə olunur».