vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 17 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
16:41 | 19 oktyabr 2016 | Çərşənbə Məqaləyə 737 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu da yeganə yoldur ki, ...»

Prezidentin «Qarabağda muxtar respublika yaradıla bilər» sözü nəyə işarədir?

Qafar AĞAYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Prezidenti İlham Əliyev «RİA Novosti» agentliyinə verdiyi müsahibədə bir çox məqamlara toxunub. İlham Əliyev müsahibədə, «Biz heç zaman Dağlıq Qarabağa müstəqillik verilməsinə razılaşmayacağıq. Amma yerli idarəetmə ilə bağlı müəyyən razılaşma əldə etmək mümkündür, razılaşa bilsək, burada muxtar respublika yaradıla bilər» ifadələrini işlədib.

Milli Məclisin deputatı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Rövşən Rzayev Modern.az-a açıqlamasında Prezidentin fikirlərinə  münasibət bildirib.

Rövşən Rzayevin bildirib ki, İlham Əliyev sülh danışıqlarını Minsk Qrupu çərçivəsində aparan şəxsdir.

«Dağlıq Qarabağa yüksək statusun verilməsi, muxtariyyətin verilməsi mövqeləri səsləndirilib. Bu da yeganə yoldur ki, Cənubi Qafqazda sülh bərqərar olsun. Cənab prezident çıxışında heç bir zaman Azərbaycanda ikinci Ermənistan dövləti yaranmasına icazə verilməyəcəyini bildirib. Azərbaycan bir qarış torpağını da verməyəcək».

Deputatın sözlərinə görə, Ermənistan tərəfi nə qədər tez konstruktiv mövqeyə gəlsə, bu problemlər o qədər tez həllini tapacaq.

«Münaqişənin yeganə həlli yolu beynəlxalq hüquq prinsiplərinə söykənir. Ancaq Ermənistan təxribatçı mövqelər nümayiş etdirməklə beynəlxalq hüququn prinsiplərinə əməl etmir. Ermənistanın yerinə hansı dövlət olsaydı, hədiyyə verilmiş qələbə ilə öyünməzdi. Ermənistan başa düşməlidir ki, onlar Azərbaycana qarşı rəqib deyillər və ola da bilməzlər. Azərbaycan bir neçə dəfə Ermənistandan bütün sahələrdə güclü olduğunu göstərdi. Son aprel hadisələri Ermənistan silahlı qüvvələrinin qısa müddət ərzində işğal olunmuş ərazilərdən çıxara bilməyin sübutu oldu.

Amma təəssüflər olsun ki, Ermənistanı dəstəkləyən qüvvələr var. Onlar erməni lobbisinin hesabına Amerikanın, Rusiyanın, Fransanın və digər dövlətlərin dəstəyini alırlar. Ermənistanın  havadarlarının gücünə arxayın olub addım atması ağılsızlıq olar. Çünki Azərbaycan hər yolla torpaqlarını işğaldan azad etmək gücündədir. Cənab Prezident məsələni sülh yolu ilə həllinin tərəfdarıdır. Azərbaycanda  prezidentin bütün qərarlarını xalq dəstəkləyir».