vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
16:56 | 19 oktyabr 2016 | Çərşənbə Məqaləyə 2333 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«...12 faiz artıb»

Nazirdən açıqlama

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

«Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr tarixli qərarı ilə bir sıra kənd təsərrüfatı və emalı məhsulları, inşaat materialları üzrə idxal gömrük rüsumları artırılıb. Bu, yerli istehsalın qorunmasına və genişlənməsinə, eləcə də ixrac imkanlarının artırılmasına əlavə stimul yaradır. Ancaq bu ilk addımdır. Belə ki, özünütəminetmə səviyyəsi yüksəldikcə yeni məhsullar bu siyahıya daxil edilə bilər».

Modern.az xəbər verir ki, bu barədə Bakı Biznes Mərkəzində 150-ə yaxın ixracatçı şirkətin iştirakı ilə keçirilmiş «Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar» mövzusunda Konfransda İqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazir qeyd edib ki, 2016-cı ilin 9 ayında xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 2 dəfə, tərəfdaş ölkələr 18 faiz, ixrac olunan məhsul çeşidləri isə 12 faiz artıb.

«Qeyri-neft ixracının 54 faizi MDB üzvü olan dövlətlər və Gürcüstanın, 36 faizi Türkiyə, İsveçrə, İran, Çin, Almaniya, İtaliya, 11 faizi isə digər ölkələrin payına düşür».