vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
QARABAĞ  
17:05 | 19 oktyabr 2016 | Çərşənbə Məqaləyə 779 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənilərin müharibə xofu

Ermənistan Müdafiə Nazirliyindən açıqlamalar

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

«Aprel müharibəsi»ndən sonra Ermənistan hökuməti, erməni hərbi-siyasi dairələri çaşqınlıqlarını, əl-ayağa düşdüklərini nümayiş etdirdilər. Bu, əslində belə də olmalı idi, çünki Ermənistan cəbhədəki insident zamanı işğal etdiyi torpaqların bir qisminin əlindən çıxacağını gözləmirdi.

Azərbaycan ordusunun strateji yüksəklikləri işğaldan azad etməsi, üstəgəl düşmən tərəfin verdiyi xeyli itki bu gün də Ermənistanı isteriya, təlaş içərisində saxlayır.

Modern.az saytının məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan «Azadlıq» radiosunun erməni xidmətinə müsahibəsində Azərbaycanın yenidən müharibəyə başlayacağı barədə təlaşlı anons verib.

«Azərbaycan həmişə müharibəyə hazırlaşıb. Xüsusilə 2003-cü ildən sonra bu hazırlıq başqa mərhələyə qədəm qoydu. Bizdə məxfi və qeyri-məxfi məlumatlar var. Amma mən nə zaman və hansı formada müharibəyə hazırlıq görülməsi, onun müddəti haqqında bir şey açıqlamağı yanlış hesab edirəm»,-deyə o bildirib.

Ovannisyan qeyd edib ki, yaxın zamanlarda genişmiqyaslı müharibənin olacağını söyləmək olmaz.

O, Azərbaycanın arsenalında olan silahlardan da söz açıb. Mətbuat katibi etiraf edib ki, Azərbaycanda daha müasir silahlar var. Ovannisyan Ermənistana satılan «İsgəndər» raketlərindən də danışıb.

«Azərbaycan  bəzi növ silahlarla daha çox təchiz edilib... İstənilən yeni hərbi texnika meydana çıxması ilə balansın müqayisəsini ortaya qoyur. «İsgəndər»i isə çox da müzakirə etmək lazım deyil. «İsgəndər» Ermənistanın arsenalında olan ən uzaqvuran silahlardan biridir. Bununla belə, Azərbaycan buna cavab verəcək silaha malikdir.

Belə fikirlər mövcuddur ki, biz «İsgəndər» hesabına qüdrətli olmuşuq. Amma mən bu fikrin əleyhinəyəm. Qüdrətli, yenilməzlik barədə söhbət belə, gedə bilməz».