vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
ELM-TƏHSİL, DİN  
20:38 | 21 oktyabr 2016 | Cümə Məqaləyə 2281 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanda Amerika təhsil sərgisi açılıb

«ABŞ-da təhsil alan azərbaycanlıların sayı ilbəil artır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Oktyabrın 21-də Bakıda Park Inn otelində «Education USA Azerbaijan» Təhsil Sərgisi açılıb. Sərgidə ABŞ-ın 16 ən iri universitet və kollec nümayəndələri iştirak edib. Sərgiyə gələn çoxsaylı insanlar həmin universitet və kolleclərin nümayəndələri ilə görüşüb, ABŞ-da təhsil almaq üçün məsləhətlər alıb.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib ki, müstəqillik dövründə ABŞ-da müxtəlif proqramlar üzrə 6 mindən çox azərbaycanlı təhsil alıb. Hazırda isə ABŞ-da 408 azərbaycanlı təhsil alır.

«ABŞ təhsil sahəsində dünya lideridir. ABŞ universitetləri ardıcıl olaraq dünyanın ən yaxşı universitetləri sırasındadır. Burada elmin müxtəlif sahələri üzrə, - humanitar, mühəndislik, incəsənət, biznes, karbohidrogen, neft-qaz, texniki, - yəni mən azərbaycanlı tələbələri bu geniş çoxçeşidli imkanlardan yararlanmağa çağırıram», o qeyd edib.

ABŞ-ın Bakıdakı səfirliyinin mədəniyyət işləri üzrə müşaviri Ami Peterson Amerikanın Səsinə müsahibəsində bildirib ki, ABŞ-da təhsil alan 408 tələbəinin 20-si bu sərgilər vasitəsi ilə təhsil üçün müraciət edib. «Biz vətəndaşlara müraciət edirik ki, gəlib sərgi vasitəsi ilə pulsuz məsləhət və məlumatlar alsınlar. Amerikada təhsil almaq çətindir, amma mümkündür», o qeyd edib.

Onun sözlərinə görə, ABŞ səfirliyində təhsil üzrə təqaüd proqramları da var. «ABŞ səfirliyində təqaüd proqramları var. Ancaq, ən çox təqaüdləri universitetlərin özü verir. Bu təqaüdləri sərgilərdə və universitetlərin saytlarında tapmaq olar».

Ami Petersonun sözlərinə görə, Amerikada təhsil alan Azərbaycan vətəndaşlarının sayı ilbəil artır.