«Daha yaxşısına nail ola bilərik»
Robert Sekuta: «ABŞ-Azərbaycan münasibətləri indi daha güclüdür»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
-
Nüvə müharibəsinə hazırlıq qızışır
ABŞ yeni döyüş başlığının istehsalına başlayır
-
Çinə qarşı kiber hücum ittihamı
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
Amerika seçicisi balans istəyir
Sorğuda respondentlərin əksəriyyəti “dünya siyasətinə daha az qarışılmasına” tərəfdardır
-
“Onlar insan deyil”
Tramp ölkədəki qeyri-qanuni mühacirləri hədəfə alıb
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
“ABŞ seçkiyə kölgə saldı”
Nikolas Maduro: “Vaşinqtonda əsəblər gərgindir”
-
Vaşinqton və “boz ərazi”
Bayden administrasiyasının heç vaxt dəqiq strategiyası olmayıb
-
“Əlaqələr kəsilməməlidir”
ABŞ və Çin arasında kritik görüş – “Tayvan qırmızı xətdir”
-
5 milyard ödəyəcək
“Google” təzminat iddialarını qəbul edib
-
“Lego”dan ABŞ polisinə etiraz
Şübhəlilərin üzünün örtülməsinə görə ....
-
NATO-ya qadın başçı
Dünyanın ən güclü hərbi ittifaqına qatı antirusiyaçı, keçmiş SSRİ vətəndaşı rəhbərlik edəcək
-
“Havana sindromu” – sirr pərdəsi aralanır
Dünyanın səbirsizliklə gözlədiyi hesabat dərc olundu
«ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməz qalır». Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Amerikanın Səsinin ABŞ dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərinə Azərbaycan prezidentinin münasibəti barədə sualının cavabında bildirib.
Səfir deyib ki, ABŞ həmsədrlərlə, Azərbaycan və Ermənistanla birlikdə çalışaraq uzun müddətdir davam edən münaqişəni həll etməyə sadiq qalır və münaqişənin həllinə səylər göstərir.
«Davamlı səylərimizin göstəricisi olaraq sabah amerikalı həmsədr Ceyms Uorlik, o cümlədən digər vasitəçilər Azərbaycana gəlirlər. Məqsəd münaqişə tərəflərini bir araya gətirərək münaqişənin həll edilməsinə kömək etməkdir. Onu da əlavə edim ki, son dövrlər həm Azərbaycan prezidenti, həm də digər rəsmilər Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyətli olduğu barədə bəyanatlar verir. Mən bu bəyanatlar barədə rəsmi Vaşinqtona məruzə etmişəm. Hesab edirəm ki, bu bəyanat sabah səfir Uorlik və digər həmsədrlərin aparacağı müzakirələrin bir hissəsi olacaq», Sekuta qeyd edib.
O, Amerikanın Səsinin Azərbaycan-ABŞ diplomatik münasibətlərinin indiki səviyyəsi və qarşılıqlı səfərlərin nəzərdə tutulub-tutulmaması barədə sualının cavabında deyib ki, ABŞ və Azərbaycan arasında əlaqələr yaxşı səviyyədədir.
«Hər iki tərəf əlaqələrin inkişafı üzərində işləyib, addımlar atıb. Deyə bilərəm ki, ikitərəfli münasibətlərimiz, təmaslarımız indi daha güclü, daha yaxşıdır. Bunun bariz nümunəsi kimi Azərbaycan prezidentinin bu ilin martında ABŞ-a səfərini, bizim bir sıra məsələlər üzrə davam etməkdə olan müzakirələrimizi misal çəkə bilərəm. Biz Azərbaycanla daha sıx, daha geniş əlaqələr istəyirik və düşünürük ki, münasibətlərin daha yaxşısına nail ola bilərik», o qeyd edib.