vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
TOP OYUNLARI  
14:35 | 23 oktyabr 2016 | Bazar Məqaləyə 1671 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qarabağ»ın uğuru

Ağdam klubunun futbolçusu Avropa Liqasında «həftənin oyunçusu» seçilib

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qarabağ» futbol klubunun ispaniyalı yarımmüdafiəçisi Dani Quintana Avropa Liqasında «həftənin oyunçusu» seçilib. UEFA-nın rəsmi saytında həyata keçirilmiş onlayn sorğuda Quintana 69 faiz səs toplayaraq rəqiblərini geridə qoyub.

«Qarabağ» cümə axşamı Avropa Liqasının üçüncü turu çərçivəsində Yunanıstanın PAOK klubuna qarşı Bakıda keçirdiyi oyunda 2-0 hesabı ilə qalib gəlib.

Qolları 56-cı dəqiqədə Dani Quintana, 87-ci dəqiqədə isə Rahid Əmirquliyev vurub.

Hazırda «Qarabağ» Avropa Liqasının J qrupunda 4 xalla üçüncüdür.

UEFA-nın həyata keçirdiyi onlayn səsvermədə Qarabağın futbolçusu, Victor İbarbo (Panathinaikos), Kevin Monnet-Paquet (St-Etienne), Paul Pogba (Manchester United), Raul Rusescu (Osmanlıspor), Antonio Candreva (İnter), Yevhen Konoplyanka (Schalke) və Nikola Kalinic (Fiorentina) ilə mübarizə aparıb.

«Qarabağ» artıq ardıcıl üçüncü ildir ki, Avropa Liqasının qrup mərhələsində çıxış edir.