vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
AMERİKA  
15:37 | 23 oktyabr 2016 | Bazar Məqaləyə 2288 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-da kütləvi kiberhücum

Problem 11 saat sonra həll edilib

MÖVZU İLƏ ƏLAQƏLİ

«Dyn» internet yayımı şirkətinin bildirdiyinə görə, ABŞ-da kiberhücumlardan 11 saat sonra problem həll edilib.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi cümə günü bir neçə populyar veb səhifələrinə çıxışı çətinləşdirən bütün mümkün səbəblərin araşdırıldığını bildirib.

ABŞ-ın qərb ştatlarında internet istifadəçiləri saytlara mürəciət edərkən çox ləng axtarışla üzləşib. Xidmət provayderi «Dyn» bildirir ki, buna hakerlər səbəb olub.

Təşkilatın bəyanatında deyilir ki, sistem qlobal hücumlara məruz qalıb.

«Twitter», «SoundCloud», «Spotify», «Airbnb» və «Reddit» kimi saytlar kiberhücumlara görə zəif çalışıb.

Avropa istifadəçiləri də problemin təsirinə məruz qalıb.

«Dyn» problemlə cümə günü universal vaxtla 11:10-da üzləşildiyini bəyan edib.