vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNEY  
18:28 | 23 oktyabr 2016 | Bazar Məqaləyə 822 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Türkiyədə Təbrizli memar və rəssamların izləri var»

Türkiyəli professor Təbriz Universitetində…

MÖVZU İLƏ ƏLAQƏLİ

İran universitetlərində müxtəlif tədbirlərə qatılmaq və fikir mübadiləsi üçün İrana səfər edən məşhur alim İlber Ortaylı və Türkiyə universitetlərindən bir neçə digər professorun ilk görüşü Təbriz Universitetində baş tutub.

Dövlət agentliyi İRNA-ya istinadən, Hüquq və Sosial Elmlər Fakültəsinin zalında keçirilən tədbirdə danışan professor İlber Ortaylı Türkiyə-İran arasındakı mədəni və elmi ortaqlıqların dərinləşməsində Təbrizin böyük roluna diqqət çəkib.

Türk tarixi üzrə aparıcı alim iki ölkə arasında mədəni və elmi ortaqlıqların əsasən Səfəvilər və Qacarlar dönəmində formalaşdığını ifadə edərək, bu ortaq nöqtələri möhkəmləndirmək üçün ayrılıq yaradan mübahisələrdən uzaq durmağa çağırıb.

Cənab Ortaylı həmçinin deyib, «bu ortaqlıqların dərinləşməsi yönündə Təbrizin böyük rolu olub. Rəssamlar, memarlar və seçkin insanlar Təbrizdən Türkiyəyə gəlib və bu ölkənin mədəniyyəti və tarixi binalarında izlərini buraxıblar».

Tədbirdə Təbriz Universitetinin rektoru Məhəmməd Rza Purməhəmmədi və müxtəlif fakültələrin dekanları iştirak edib.