vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNEY  
18:48 | 22 oktyabr 2016 | Şənbə Məqaləyə 921 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həbib Sasanian casusluqda ittiham edilir

Güney Azərbaycanlı fəalın səhhətində problem var

MÖVZU İLƏ ƏLAQƏLİ

Keçən iyun ayında İran İslam Respublikasının ədliyyə qurumu Şərqi Azərbaycan vilayətində «separatçı GAMO şəbəkəsinin 6 nəfərlik casus qrupunun» həbs edildiyinə dair məlumat yaydı. Nəzarət altına alınanlardan biri Həbib Sasanianı yaxından tanıyan fəal Əqil Azərdoxt onun dörd aydır nəzarətdə saxlanıldığını, digərlərinin isə müvəqqəti olaraq sərbəst buraxıldığını bildirir. Ərdəbildən Amerikanın Səsinə danışan fəalın dediklərinə görə, casusluq ittihamı ilə günahıandırılan Sasanianın sağlıq durumu yaxşı deyil.

Yarı-rəsmi Fars xəbər agentliyinə istinadən, Şərqi Azərbaycan Ədliyyəsinin başqanı Hikmət Əli Müzəffəri tutulanların «GAMO adlı qrupun üzvləri olub, dövlət sirri olan hərbi və iqtisadi sənədləri toplayıb və İran İslam Respublikasının düşmənlərinə verdiyini» irəli sürüb.

Əqil Azərdoxt Həbib Sasanianın «casusluq fəaliyyəti göstərəcək mövqeyə sahib olmadığını, ittihamın gülünc olduğunu» vurğulayır:

«Casusluğu o adam edə bilər ki, əli ölkənin məlumatına çata bilsin, böyük adam olsun. Həbib Sasanianın əlində hansı məlumat ola bilər ki, casusluq edə.»

Həbib Sasaniyanı 2006-cı ildən bəri tanıdığını ifadə edən Azərdoxt onun mədəni və milli fəaliyyətlər göstərib, şeir və məqalələr yazdığını bildirir: «2006-cı ildə tanış olub, mədəni fəaliyyətlərdə əməkdaşlıq etmişik. O, şeir və yazılar yazırdı.»

O, məhbusun dörd aydır ailəsilə ancaq telefon vasitəsilə təmas qura bildiyini, vəkillə təmin olunmadığını qeyd edir.

«Ailəsi ilə sadəcə telefonda danışıb bir neçə dəfə. Vəkili yoxdur, pulu yoxdur ki vəkil tutsun, ailəsi kirayə evdə, başqalarının yardımı ilə yaşayır... Mənə də Təbriz zindanından telefon edib. Mənə dedi ki, təşənnüc (qıcolma) keçirirəm, tamam bədən orqanlarım, həzm sistemim, mədəm ağrıyır,» deyə Azərdoxt söyləyir.

O, həmçinin Həbib Sasanianın bu günə qədər mühakimə edilmədiyini, nəzarət müddətinin hər ay daha bir ay uzadıldığını bildirir.