vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNEY  
18:54 | 23 oktyabr 2016 | Bazar Məqaləyə 850 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Güneyli fəal 5 aydır mühakiməsiz həbsdədir

Həbib Sasanianla birlikdə tutulanlar buraxılıb

MÖVZU İLƏ ƏLAQƏLİ

5 ay öncə casusluq ittihamı ilə Şərqi Azərbaycan vilayətində nəzarət altına alınmış Ərdəbilli fəal Həbib Sasanianın bu günədək mühakimə olunmadan Təbriz Mərkəzi Zindanında saxlandığı bildirilir.

İranda insan haqları pozuntularına dair məlumat yayan HRA agentliyi bu məlumatı məhbusun yaxınlarına istinadən yayıb.

HRA-nın yazdığına görə, «nəzarətə alındıqdan əvvəl səhhətində hər hansı bir problemi olmayan Sasanian, ailəsinə istinadən, hazırda bədəninin müxtəlif nahiyələrində ağrılar çəkməkdədir».

Keçən iyun ayında İran İslam Respublikasının ədliyyə qurumu Şərqi Azərbaycan vilayətində «separatçı GAMO şəbəkəsinin 6 nəfərlik casus qrupunun» həbs edildiyinə dair məlumat yayıb.

Nəzarət altına alınanlardan Həbib Sasanian Təbriz zindanına göndərilərkən, digərlərinin bir müddət sonra müvəqqəti olaraq sərbəst buraxıldığı bildirildi.

Həbib Sasanianı yaxından tanıyan yazar Əqil Azərdoxt bu yaxınlarda Amerikanın Səsinə müsahibədə Sasanianın 2006-cı ildən bəri mədəni fəaliyyətlər ilə məşğul olduğunu və türk dilində şeirlər və məqalələr yazdığını qeyd edib.