vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNEY  
19:17 | 23 oktyabr 2016 | Bazar Məqaləyə 948 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yoxsulluq və coğrafi pərakəndəlik…

Minlərlə məktəbyaşlı uşaq təhsildən kənarda qalır

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qərbi Azərbaycan Vilayətində yoxsulluq və coğrafi pərakəndəlik minlərlə məktəbyaşlı uşağın təhsildən kənarda qalmasına səbəb olub». Bu sözləri oktyabrın 22-də Qərbi Azərbaycan Təhsil Şöbəsinin Təhqiqat məsələləri üzrə rəis müavini «Fars» xəbər agentliyinin müxbiri ilə danışıqda bildirib.

«Qərbi Azərbaycanda 513 min 348 şagird məktəblərə daxil olub, lakin 8 min 700 məktəbyaşlı uşaq təhsildən kənarda qalıb. Onların təhsildən kənarda qalmasının əsas səbəbi iqtisadi və mədəni yoxsulluq, sərhədyanı bölgələrdə yaşamaq və coğrafi pərakəndəlikdir» - deyə İbrahim Məhəmmədi qeyd edib.

Onun sözlərinə görə, Qərbi Azərbaycan şəhərləri arasında ən çox təhsildən qalan uşaqlara Xoy və Urmiya şəhərləri və ətraf məntəqələrdə rast gəlinir.

İ.Məhəmmədi yuxarı siniflərdə təhsilə cəlb olunanların sayının daha az olduğunu diqqətə çatdıraraq bildirib ki, təhsildən kənarda qalanların arasında qız uşaqları oğlanlara nisbətən üstünlük təşkil edir.

Qeyd edək ki, Qərbi Azərbaycan Vilayəti İraq, Türkiyə və Azərbaycan Respublikası ilə qonşudur və tranzit baxımından ölkə və region üçün xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunan özəlliklərə baxmayaraq, dövlət tərəfindən ayrılan büdcənin azlığı və lazımi səviyyədə sərmayə yatırımının olmaması səbəbindən bölgədə yoxsulluq və işsizlik hökm sürür. Yerli məsullar isə əhalinin gərgin iqtisadi vəziyyəti ilə bağlı dəfələrlə mərkəzi hökumətə öz etirazlarını bildiriblər.