vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
DÜNYA  
19:52 | 23 oktyabr 2016 | Bazar Məqaləyə 679 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əxlaq çatışmır»

Həsən Ruhani ABŞ prezidentliyinə namizədlər haqda...

MÖVZU İLƏ ƏLAQƏLİ

İran prezidenti Həsən Ruhani ABŞ prezidentliyinə namizədlərə münasibətini açıqlayıb. APA-nın verdiyi məlumata görə, H Ruhani deyib ki, Donald Tramp və Hillari Klinton arasında seçim etmək pis və daha pis arasında seçim etməkdir.

D. Tramp və H. Klinton arasında debatlara münasibət bildirən H. Ruhani qeyd edib ki, 200 ildir ki, demokratiyanın olduğu ABŞ-da əxlaq çatışmır: «Prezidentliyə namizədlərin debatını müşahidə etməklə buna əmin olmaq olar. Biz onların bir-birinə istehzalarını və bir-birini ələ saldıqlarını görürük. Belə görünür ki, bu, amerikasayağı demokratiyadır. İran üçün belə demokratiya və seçki məqbul deyil. Bir müddət əvvəl BMT Baş Assambleyasının sessiyasında ölkələrdən birinin lideri məndən soruşdu ki, ABŞ-da prezidentliyə namizədlərdən hansına üstünlük verirsiniz. Mən də dedim ki, pis və daha pis arasında seçim etmək çətindir».

Qeyd edək ki, noyabrın 8-də ABŞ-da prezident seçkiləri keçiriləcək.