vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
OLAY  
20:56 | 23 oktyabr 2016 | Bazar Məqaləyə 719 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xalq artistinin oğlunun beyninə qan sızıb

Məmməd Zeynalovun vəziyyəti ağırdır

Mərhum xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalovun vəziyyəti ağır olaraq qalır.

Xalq artistinin qızı Gülbəniz Zeynalovanın sözlərinə görə, qardaşının vəziyyəti ağır olduğundan əməliyyat oluna bilmir: «İnsult keçirib, beyninə qan sızıb. Buna görə danışa bilmir, yaddaşı yoxdur, adımızı da xatırlamır. Vəziyyətində nisbi irəliləyiş var, amma hələ palataya keçirmirlər, həkimlər deyir ki, olmaz. Çünki böyrəkləri ilə bağlı ciddi problemi var və bu, onun sağalmasına imkan vermir. Çox pis vəziyyətdədir, bilmirik ki, nə edək...»

Gülbəniz Zeynalova bildirib ki, hələlik rəsmi qurumlardan onun qardaşının vəziyyəti ilə bağlı maraqlanan yoxdur: «Yalnız öz işlədiyi teatrdan olan iş yoldaşları və oranın direktoru İftixar Piriyev gəlir. Bu yaxınlarda xalq artisti Arif Quliyev, Tahir İmanov, atamın köhnə dostları da xəstəxanaya gəlmişdilər. Onların arasında Qarabağ əlilləri də var idi. Mətbuatda gedən çoxsaylı yazı və məlumatlara baxmayaraq, dövlət qurumlarından hələlik heç kəs onunla maraqlanmayıb».

Gülbəniz Zeynalova həmçinin bildirib ki, qardaşının müalicəsi ilə bağlı Heydər Əliyev Fonduna müraciət edəcək: «Həkimlər deyir ki, qardaşımın ürəyi də zədələnib. «Semaşko»da Allahın ümidinə qalıb, heç bilmirəm, orada ona nə edirlər. Heç olmasa güclü həkimlər ayrılardı. Əlimizdə nə var idi, hamısı müalicəyə getdi. Doğrudur, xəstəxanada həkimlər bizdən pul almırlar, amma iynə-dərmanlar var ki, onları mütəmadi almalıyıq. Mən tək qalmışam, dövlət işində işləyib, maaşa baxan adamam. Artıq bütün imkanımız tükənib, heç nəyi çatdıra bilmirik. Bu günə qədər heç kəsə müraciət etmirdik. Amma indi lazımdır. Qardaşım çox pis vəziyyətdədir, bunun sonu necə olacaq, bilmirəm. Bunun üçün Fonda müraciət edəcəyik. Bəlkə oradan bizə köməklik edərlər».

Qeyd edək ki, mərhum xalq artisti Eldəniz Zeynalovun 38 yaşlı aktyor oğlu Məmməd Zeynalov bu günlərdə yolda qəfildən insult keçirib. Təcili 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən aktyorun beyninə qan sızdığı məlum olub.