vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AVROPA  
21:02 | 23 oktyabr 2016 | Bazar Məqaləyə 1448 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Cəngəllik»i dağıtmağa hazırlaşırlar

Bazar günü Fransada miqrantlara köçürüləcəklərinə dair məlumat kağızları paylanıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransa rəsmiləri bazar ertəsi Kaledə «Cəngəllik» adlanan miqrant düşərgəsini təmizləməyə hazırlaşırlar. Hakimiyyət orqanları bildirirlər ki, 7 minə yaxın insan yoxsul şəraitdə düşərgədə yaşayır. Onlara Fransada qaçqın mərkəzlərində yerləşdirilmək təklif ediləcək.

Lakin narahatlıqlar var ki, Britaniyaya getmək istəyən bəzi miqrantlar hələ də orada qalmaq istəyərlər.

Böyük Britaniya bu düşərgədən təqribən 1,300 kimsəsiz uşağın qəbuluna başlayıb.

Xeyriyyə cəmiyyətləri Fransa hökumətinə yetkinlik yaşına çatmayanlarla müsahibələr aparmaq və Böyük Britaniyaya kimin köçürülməli olduğunu təsbit etmək üçün yardım edir.

Fransanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, təhlükəsizlik səbəbilə uşaqlar yük konteynerlərinə köçürüləcək, Cəngəlliyin qalan hissəsi isə söküləcək.

Bazar ertəsi miqrantları köçürmək üçün 60 ədəd avtobus göndəriləcək.

Fransa ərazisində miqrantları yerləşdirmək üçün 7500 boş ev mövcuddur.

Çərşənbə axşamı isə çadırları və sığınacaqları dağıtmaq üçün oraya ağır texnika göndəriləcək.

Fransanın Daxili İşlər Nazirliyi bildirib ki, «zor tətbiq edilməyəcək, amma miqrantlar və ya QHT-lər narazılıq edərsə, polis müdaxilə etməyə məcbur olacaq».

Cəngəllikdə əsasən Afrika və ya Orta Şərqdən miqrantlar yaşayır.