vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
21:29 | 23 oktyabr 2016 | Bazar Məqaləyə 1219 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azı 35000 nəfər tutulub

3907 şəxs isə axtarışdadır

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə iyulda çevriliş cəhdinə görə 35,000-dən çox şübhəlini həbs edib, yerli media yazır. Ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, şübhəli şəxslər silahlı üsyanın yatırıldığı zamandan bəri həbs edilib.

Onlardan təxminən 26,000 nəfəri «şərti azadlığa» buraxılsa da, əlavə 3907 nəfər axtarışdadır.

İyul ayının 15-də baş vermiş çevriliş cəhdinə görə ümumilikdə təxminən 82,000 nəfər barəsində cinayət işi açılıb. Bundan başqa, hərbi, ədliyyə, polis və təhsil sahəsində çalışan on minlərlə insan vəzifədən uzaqlaşdırılıb, istefaya göndərilib və ya həbs edilib.

Onlar çevriliş cəhdində ittiham edilən ABŞ-da yaşayan ruhani Fətullah Gülənin Hizmət hərəkatının üzvləri olmaqda şübhəli bilinir. 1999-cu ildən könüllü mühacirətdə yaşayan cənab Gülən ittihamları rədd edir.

İndiyə qədər bu böyük miqyasdakı təmizləmə Qərb ölkələrinin Türkiyəni qınamasına səbəb olub.

Brüssel Ankaranı qanunun aliliyi çərçivəsində hərəkət etməyə çağırıb. Türkiyə qanunvericiliyə əməl etdiyini deyir.