vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
DÜNYA  
22:10 | 23 oktyabr 2016 | Bazar Məqaləyə 2226 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əsas şərt insan haqlarıdır

Kanada əlaqələri yaxşılaşdırmaqda maraqlıdır

MÖVZU İLƏ ƏLAQƏLİ

Kanada İraqla əlaqələri yaxşılaşdırmağa səy göstərir, ancaq Tehrandan əsas insan hüquq və azadlıqlarına riayət etməyi tələb edir.

APA-nın məlumatına görə, bunu «Diplomat & International Canada» nəşrinə müsahibəsində Kanadanın xarici işlər naziri Stefan Dion bildirib.

S.Dion deyib ki, Kanada İranın terrorçu qruplaşmalarla əlaqələri dayandırmasına və Kanadanın müttəfiqlərinə, o cümlədən İsrailə təhdidə son qoymasına çalışır. Kanadanın xarici işlər naziri iki ölkə arasında diplomatik münasibətlərin dayandırılmasının heç bir tərəf, o cümlədən qlobal təhlükəsizlik üçün müsbət nəticəsi olmadığını vurğulayıb. S. Dion sanksiyaların ləğvinin münasibətlərin bərpası yönündə atılmış addımlardan biri olduğunu qeyd edib.

Qeyd edək ki, İranı terrorçuları maliyyələşdirən ölkə elan edən Kanada 2012-ci ilin sentyabrında Tehranla diplomatik əlaqələri dayandırmış və həyatlarına təhlükə olmasını əsas gətirərək İrandakı diplomatlarını geri çağırmışdı. Eyni zamanda Ottavadakı İran diplomatlarına ölkəni tərk etməsi üçün 5 gün vaxt vermişdi.