vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
QƏZA, FACİƏ  
22:34 | 23 oktyabr 2016 | Bazar Məqaləyə 776 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə hərbçiləri azərbaycanlı dənizçini xilas etdi

Panama bayraqlı gəmidə Gürcüstan və Türkiyə vətəndaşları da olub

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə Hərbi Dəniz Qüvvələri mühərrikinin sıradan çıxması səbəbindən Qara dənizdə sürüklənən yük gəmisinin heyət üzvü olan azərbaycanlı dənizçini xilas edib.

Türkiyə mətbuatının verdiyi məlumata görə, Tuzla limanından Ukraynanın Sevastopol limanına yollanan Panama bayraqlı «M/V FOM» yük gəmisinin heyəti oktyabrın 21-də həyəcan siqnalı verərək yardım istəyib.

Qara dənizdəki Ereğli limanından 70 mil şimalda olan gəminin heyətinin xilas edilməsi üçün Türkiyə Hərbi Dəniz Qüvvələri bölgəyə «Yıldırım» gəmisini göndərib. Gəmidəki «AB-212» xilasetmə əməliyyatı üçün havaya qaldırılıb. Vertolyotdan endirilən nərdivan vasitəsi ilə bir azərbaycanlı, dörd gürcü və üç Türkiyə vətəndaşı olmaqla, gəmi heyətinin 8 üzvü xilas edilib. Gəmi heyəti Ereğli limanına gətirilib. Gəmi heyəti xilasetmə əməliyyatı ilə əlaqədar hərbçilərə təşəkkür edib.