vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNEY  
22:47 | 23 oktyabr 2016 | Bazar Məqaləyə 1152 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Güneyli fəala müvəqqəti azadlıq

Hüseyn Əliməhəmmədi evini girov qoyub

MÖVZU İLƏ ƏLAQƏLİ

Təbrizin mərkəzi zindanında məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəal Hüseyn Əliməhəmmədi həbs olduğu müddətdə ilk dəfə olaraq məzuniyyətə buraxılıb.

O, oktyabrın 22-də 100 milyon tümənlik mülki vəsiqə girov qoyduqdan sonra Təbriz zindanından 4 günlüyə evə buraxılıb.

Bundan öncə Təbrizin İnqilab Məhkəməsi, cəza müddətinin yarıdan çoxunu çəkən azərbaycanlı fəalın şərti azadlıq tələbini təmin etməmişdir.

H.Əliməhhəmmədi «Susma» nəşriyyəsi və «Susuz göl» veblaqında yaydığı məlumatlara görə Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsi tərəfindən sistemin əleyhinə təbliğ və rəhbəri təhqir etmə ittihamları ilə 3 il həbs cəzasına məhkum edilib. Hökm, Apelyasiya Məhkəməsi tərəfindən olduğu kimi qüvvədə saxlanılıb.

Sistemin əleyhinə təbliğ və rəhbəri təhqir etmə ittihamı ilə həbs cəzasına məhkum edilən fəal, zindan qanunları nəzərə alınmadan ağır cinayətlər törətmiş məhkumlarla eyni bölümündə saxlanılır.

H.Əliməhəmmədi 2015-ci il martın 10-da təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və məhkum edildiyi həbs cəzasını çəkmək üçün zindana aparılıb.

Ötən il Beynəlxaql Əfv Təşkilatı H.Əliməhəmmədinin vəziyyəti ilə bağlı Bəyanat yayıb. Məhbusun vəziyyətinin ağır olduğu qeyd olunan Bəyanatda, onun barəsində çıxarılan qərarın ədalətsiz olduğu bildirilib.