vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BÖHRAN  
00:31 | 24 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 649 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ruslar Hələbi bombalayır

Azad Suriya Ordusunun döyüşçüləri isə Əsəd qüvvələrinə «Qrad»la cavab verir

MÖVZU İLƏ ƏLAQƏLİ

Suriyada mühasirəyə alınmış Hələb şəhərində üç gün davam edən atəşkəs rejiminin dayandırılmasından sonra hərbi əməliyyatlar yenidən bərpa edilib. Rusiya və Suriyanın hərbi təyyarələri şəhərə havadan zərbələr endirib. Üsyançı qüvvələr isə şəhərin hökumətin nəzarətində olan qərb hissələrini müttəfiq Körfəz ölkələrindən aldıqları «Qrad» tipli raketlərlərdən atəşə tutub.

Beynəlxalq ictimaiyyətin diqqəti İŞİD-in İraqda sonuncu istinadgahı olan Mosulun azad edilməsi əməliyyatına yönəldiyi bir vaxt, Suriyanın şimalında olduqca ciddi toqquşmaların baş verdiyi bildirilir.

Hələbdə hərbi əməliyyatların intensivləşdirildiyi bir vaxt şimalda yerləşən Tel Rifat şəhəri uğrunda mübarizə gedir. Türkiyənin və ABŞ-ın da dəstəklədiyi bəzi üsyançılar Tel-Rifat şəhərini fevral ayında onun nəzarətini ələ keçirib yerli ərəbləri qovduğu kürdlərdən təmizlənməsi uğrunda döyüşlər aparır.

Kürdlərin üstünlük təşkil etdiyi Suriya demokratik qüvvələri Tel Rifat şəhərini və ətrafda bir neçə kəndi onların Rusiyanın dəstəyi ilə hücuma keçən Suriya prezidenti Bəşar Əl-Əsəd tərəfdarı qüvvələrin nəzarətinə keçməməsi üçün ələ keçirdiklərini bildirir. Lakin «Amerikanın Səsi»nin keçən ay Türkiyədə qaçqın düşərgəsində müsahibə apardığı bəzi qaçqınlar kürdlərin həmin kəndlərdən ərəbləri qovduğunu və onların yenidən qayıtmasına icazə vermədiklərini bildiriblər.

Kəndlərin ələ keçirilməsi kürdləri xəyanətdə ittiham edən üsyançılar tərəfindən qəzəblə qarşılanıb. Üsyançılar tarixən ərəb şəhəri olan Tel Rifatın qaytarılmasına söz verib.

BMT-nin nümayəndələrinin bildirdiyinə görə, Hələbdə hərbi əməliyyatların yenidən başlaması və üsyançılarla kürdlər arasında qarşıdurma humanitar fəlakətlə qarşılaşmış əhalini daha faciəli bir vəziyyətdə qoymuş olur.