vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
TOP OYUNLARI  
15:20 | 27 oktyabr 2016 | Cümə axşamı Məqaləyə 2351 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Başları vəzifə bölgüsünə qarışıb»

Tahir Süleymanov Tira qalmaqalında «Neftçi»yə yol göstərdi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Neftçi»də onsuz da pis olan vəziyyət kritik həddə çatıb. «Qarabağ»la Premyer Liqa çərçivəsində keçirilən oyundakı məğlubiyyət bir yana, «Neftçi» azarkeşinin meydana çıxması və «ağ-qaralar»ın legioneri Katalin Tiranın həmin azarkeşi vurması, durumun nə qədər vahiməli olduğunu göstərir. Bəs ölkənin ən köklü klubunun xilası, bu vəziyyətdən çıxması necə, nəyin hesabına mümkün ola bilər?

«Neftçi»nin keçmiş vitse-prezidenti Tahir Süleymanov Komanda.az-a açıqlamasında həm Tirayla azarkeş arasında baş verənlərə münasibət bildirdi, həm də «ağ-qaralar»a çıxış yolu göstərdi:

«Qarabağ»la görüşdə "Neftçi"nin futbolçusu Tiranın meydana çıxan fanata hücum çəkməsi, əl qaldırması yolverilməzdi. Bəllidi, azarkeşin meydana çıxması qadağandır. Bu o demək deyil ki, futbolçu fanata əl qaldırmalıdı. Axı azarkeş heç kimə xəsarət yetirmirdi və Tıra onun üzərinə 10-15 metr məsafədən şığıdı. Hətta o, polisin, Qara Qarayevin müdaxiləsindən sonra yenə də əməlindən əl çəkmədir. Avropa meydanlarında dəfələrlə belə hallar olub. Futbolçular azarkeşləri müdafiə edərək polisin əlindən alıb. Legioner hücumçunu komandaya gətiriblər ki, rəqib qapısına top vursun, azarkeşi yox. Klub rəsmiləri azarkeşi polisə verəndə, futbolçu da fanatını vuracaq...

Futbolçuya qarşı çox ciddi ölçü götürülməlidir. Azərbaycan xalqından üzr istəməli və müqaviləsi olduğu üçün qovmaq yox, futbol qanunları çərçivəsində komandadan göndərilməlidir. Bunun üçün videogörüntü müvafiq sənədlərlə birgə FİFA, UEFA, AFFA-ya təqdim olunmalıdır. Klub rəsmiləri, baş məşqçi açıqlamalarda diqqətli olmalıdılar. «Klubdan qovuldu» ifadəsi futbolçunun təzmimat istəməsinə gətirib çıxara bilər. Futbolçu komandada qalacaqsa, bu, klub-azarkeş münasibətlərini daha da pisləşdirə bilər.

«Neftçi»nin vəziyyətdən çıxması üçün ilk növbədə rəhbərlik futbola münasibəti dəyişməlidi. İki ilə yaxın müddətdi ki, klub rəsmiləri ancaq ictimaiyyəti, jurnalistləri, azarkeşləri günahlandırırlar. Səhvləri kənarda deyil, daxildə axtarmaq lazımdı. İdarəçiliyə, transfer siyasətinə, nəticələrə cavadeh klub rəhbərliyi və məşqçilər korpusudur. Bunu hər kəs dərk etməlidir. İcraçı direktor və baş məşqçi dəyişikliyindən sonra az da olsa ümid var idi ki, səhvlər araşdırılacaq və müsbətə doğru addımlar atılacaq. Görünən isə odu ki, 7-i legionerlə 7-ci yerdə gedə-gedə əlavə iki əcnəbi də transfer edirlər. Məğlubiyyətlərin isə ardı-arası kəsilmir.

Bu azmış kimi, kluba gətirdikləri yeni icraçı direktoru da müavin etdilər. İcraçı direktorun vəzifəsini bundan sonra idman direktoru yerinə yetirəcək. Təyin etmək nəyə qulluq edirdi, yerdəyişmə etmək nəyə və kimlərə qulluq edir?! Deyilir ki, struktur dəyişikliyi baş verir. İki ildə prezident idarə-üsulu ləğv edildi, Müşahidə Şurası yaradıldı. Bundan sonra daha neçə il lazımdı ki, tost-tanışı irili-xırdalı vəzifələrə yerbəyer etmək üçün struktur dəyişiklikləri sona çatsın. «Neftçi» zavod, fabrik, şirkət, beynəlxalq holdinq, deyil, futbol klubudur. Nə qədər struktur dəyişərlər? «Neftçi» kimi tarixi klubu 8 komanda arasında autsayderə çeviriblər. Düzəlməsi də gözlənilmir. Hələ ki, başları vəzifə bölgüsünə qarışıb».