vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
19:21 | 20 sentyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 3123 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ANS-sizlikmi Sizi bizdən aldı?

Heç vaxt unudulmayacaqsınız!

Afət TELMANQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

15 ildir onu əyani tanıyırdım. Tək mən yox, mübaliğəsiz desəm, bütün Azərbaycan onu tanıyırdı. O, Kazımovski nəslinin sonuncu magikanıydı. Adlı-sanlı rejissor Rauf Kazımovskinin oğludur. ANS-in sütunlarından biriydi. O, «hə» deməmiş bir veriliş belə efirə gedə bilməzdi. Oğullar var ki, onu atasına görə tanıyırlar. Ələkbər müəllim isə istisnalardan idi. Bizlər onu atasına görə yox, özünə görə tanıdıq. Mənim üçün onun haqqında keçmiş zamanda danışmaq çox ağırdır…Çox ağrılıdır…

Hazırladığım verilişlərin texniki tərəflərinə nəzər salandan sonra mütləq zəng edib, təşəkkürünü çatdıran peşəkar bir insanla işləmək bizlərə o qədər zövq verirdi ki. Bir başqa insan idi. Mədəni, gülərüz… Ondan çox şeylər öyrəndik. Təmkini öyrəndik. Bilmədiklərimizi öyrəndik. Hələ sizdən öyrənəcəklərimiz çox idi, Ələkbər müəllim! Niyə, bu qədər vəfasız oldunuz? Niyə tələsdiniz əbədiyyətə qovuşmaq üçün? Urəyiniz niyə sizi yarıyolda qoydu? ANS-sizlikmi sizi bizdən aldı? Bu yoxluğa dözmədinizmi? Axı, son dəfə ANS-də sizinlə qarşılaşanda mənə «hər şey yaxşı olacaq mən sizin filmləri gözləyirəm» demişdiniz. Niyə, sözünüzə xilaf çıxdınız, Ələkbər müəllim? «Mən varkən ölüm yoxdur, ölüm var ikən mən yoxam, o halda qorxmalı nə var ki», deyənlər. «Ələkbər müəllim yoxdur» sözlərini ona yaraşdırmadım ki mən. Ölüm haqdır deyənlər, Ələkbər müəllimin ölümü haqdırmı, məgər?

Bir təsəllim var.

Öləndən sonra unudulmaq istəmirsənsə, ya oxumağa dəyən nələrsə yazın ya da yazmağa dəyən nələrsə edin! Ələkbər müəllim siz buna görə heç vaxt unudulmayacaqsınız!

Heç vaxt !!!!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)