vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
ƏTRİYYAT  
19:01 | 3 noyabr 2016 | Cümə axşamı Məqaləyə 4664 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ətiri qulağınıza yox, göbəyinizə vurun

Ekspertlər iddia edir ki, biz ətiryayan yerlərimizi tanımırıq

Vaxt.az

MÖVZU İLƏ ƏLAQƏLİ

«The İndependent» yazır ki, əksəriyyətimiz odekalon və ya ətirləri adətən boynumuza və ya biləklərimizə fışqırdırıq. Lakin ekspertlər deyirlər ki, sadəcə olaraq biz ən çox ətiryayan yerlərimizi tanımırıq.

«Takasago» ətir şirkətinin parfümçüsü Stiven Klaysse məsləhət görür ki, ətirdən bir qədər göbəyimizə damızdırmağımız daha məqsədəuyğundur.

Onun sözlərinə görə göbək bədənin mərkəzi nöqtəsi kimi daha çox istilik şüalandırır. Bu halda onun ətiri yayması da tamamilə təbiidir.

Ekspert deyir ki, əslində bədənin bütün istilik şüalandıran hissələri belədir.

Klaysse həmçinin saçlara ətir vurmağı tövsiyə edir, çünki saçlar ətiri daha yaxşı saxlayır və siz hərəkət etdikcə ətrafa ətir yayırsınız.

Amma saçlara ətir vuranda «ağ eləmək» olmaz, çünki saçlarınızı quruda bilərsiniz.

Ekspertin daha bir tövsiyəsi budur ki, ətiri qulağınızın arxasına yox, yuxarı ucuna vurasınız.

Bu halda da ətir daha uzun müddətdə şüalanır.

İstilik şüalandıran başqa hissələr dizlərin arxası və dirsəklərdir.

Ekspert deyir ki, ayaqların arası da bu mənada əhəmiyyətlidir, ələlxüsus da qısa geyinmisinizsə…

Əslində ətir dabanda da yaxşı «işləyir». Dabanın ayaqqabı ilə sürtünməsi istilik şüalandırır.

Ətirlər yun paltarlarda da uzun müddət qalır.