vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
16:51 | 8 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1181 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bankomat problemi nə ilə bağlı idi?

Texniki, yoxsa tamahkarlıq?

Əkrəm HƏSƏNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Neçə gün idi ki, Beynəlxalq Bankın müştəriləri bankomatlardan pul çıxara bilmirdi. O cümlədən pensiyaları və əmək haqlarını. Bank buna belə izah verir ki, guya bankomatlarda vəsait çatışmazlığı əmək haqlarının ödənişi ilə əlaqədar nağdlaşdırma əməliyyatlarının kütləviləşməsi ilə bağlı olub. Ola bilər əlbəttə, amma inandırıcı deyil. Çünki bu bankın bankomatlarında nağdlaşdırma həcmi həmişə yüksək olub.

Niyə problem məhz manatın günbəgün davam edən devalvasiyası dövrünə təsadüf etdi? Bəlkə kimsə pensiya və əmək haqların ödənilməsini gecikdirərək bir neçə gün ərzində valyuta əməliyyatlarından külli miqdarda qazanc əldə etdi? Məsələn, təsəvvür edək ki, pensiyaların ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fondundan banka pul daxil olub, amma bank pulu pensiyaçıların kartına otuzdurmağa tələsmir və həmin pulu dollara çevirir, bir neçə gün davam edən devalvasiyadan (noyabrın 8 günü ərzində dolların təkcə rəsmi məzənnəsi 1,6381-dən 1,6686-ya çatıb, bazar məzənnəsinə heç toxunmuram) sonra isə yeni məzənnə ilə manata çevirib kartlara otuzdurur, fərqi isə kimlərsə cibinə qoyur. Banklardan hər şey gözləmək olar artıq. Bəs Dövlət Sosial Müdafiə Fondu və Beynəlxalq Bankı pensiya və əmək haqqının ödənilməsi üçün seçmiş digər qurumlar hara baxır? Bəlkə onlar da əlbirdir? Axı ən azı bankın keyfiyyətsiz xidmət göstərməsinə etiraz etməli idilər? Niyə susurlar?

Hər bir halda hesab edirəm ki, hüquq-mühafizə orqanları bu məsələləri ciddi araşdırmalıdır. Deyəsən, Cahangir Hacıyevin iş metodları bu bankın canından hələ tam çıxmayıb...

P.S. Yeri gəlmişkən, məlumat var ki, hələ də bu bankın bəzi bankomatlarında pul yoxdur...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)