vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ANALİZ  
19:41 | 9 noyabr 2016 | Çərşənbə Məqaləyə 2215 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Liberalizmin süqutu, …

...Yoxsa zənginlərin oyunu?

Əkrəm HƏSƏNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

2016-cı il tarixə ilk növbədə inglis-saksonların gözlənilməz xalq iradəsi ilə düşəcək: «Brexit» və Trampın qələbəsi. Bu nədir: sürpriz, yoxsa hiyləgər oyun? Məsələyə iki əks mövqedən baxaq.

1. Liberallar deyir ki, bütün dünyanın Qərb cəmiyyətlərinin başa düşdüyü tərzdə qəbul etməli olduğu hansısa ümumbəşəri dəyərlər mövcuddur. Digər ideologiyalardan fərqli olaraq, liberalizm heç vaxt öz dəyərlərini demokratiyadan üstün hesab etdiyini etiraf etmir, onlar arasında ziddiyyətin ola bilməsini belə qəbul etmir. Lakin Brexit və Trampın qələbəsi bu təbliğatı alt-üst etdi. İngilis-sakson dünyası de-fakto liberalizmin əleyhinə səs verdi. Hətta gözümüzün qabağında dağılan ikipartiyalı siyasi sistem (xalq iradəsinin manipulyasiyası aləti) də dadlarına çatmadı. Beləliklə, Qərbdə həqiqətən demokratiyanın olduğu mövqeyini qəbul etsək, məhz bu demokratiya liberalizmi qətlə yetirdi. Liberallar demokratik prinsiplərdən elə bərk-bərk yapışmışdı ki, özləri onların qurbanı oldu. Bu isə o deməkdir ki, Qərbin siyasi sistemi populistləşir və idarəolunmaz olur. Bunun nəticəsi diktatura ola bilər, necə ki, Qədim Roma Respublikasını İmperiya əvəz etmişdi.

2. Qərbin əleyhdarları deyir ki, orada heç bir demokratiya yoxdur və bütün prosesləri pərdə arxasından varlı elita idarə edir. Buna inansaq, həm Brexit, həm də Trampın qələbəsi – elitanın oyunudur. Bu, onlara niyə lazımdır? Açıq-aşkardır ki, dünya iqtisadi modeli, xüsusən də onun özəyi olan maliyyə sistemi can üstədir. Dünya ciddi geosiyasiiqtisadi sarsıntılar və uzunmüddətli dərin böhran ərəfəsindədir. Demokratiya və liberalizm belə dünyanın idarə olunmasına uyğun deyil, həmçinin elitanın özü üçün təhlükəlidir. Buna görə də ola bilər ki, demokratiyaya liberalizmi məhv etməyə imkan verməklə qlobal problemlər ərəfəsində bizi bilərəkdən ona hazırlayırlar ki, könüllü olaraq demokratiyadan imtina edək və güclü əli və elitanın hər hansı tulapayını arzulayaq. Yəni sizə azadlıq və seçim verdik, siz isə aləmi qatdınız bir-birinə, indi isə gəlin biz sizi xilas edək, amma buna görə çox şeydən imtina etməli və məşəqqətlərə dözməli olacaqsız.

P.S. Hər bir variantda Tramp təmiz vicdanla seçkiqabağı son ifadəsini təkrar edəcək: «Nobody said it was going to be easy for us» («Heç kəs deməmişdi ki, bizə asan olacaq»).


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)