«Volkswagen» 30 min iş yerini ixtisara salır
Almaniyada 23 min əməkdaş öz iş yerini itirəcək
MÖVZU İLƏ ƏLAQƏLİ
-
13 ildən sonra ilk
Gəlirlər artsa da büdcədə kəsir əmələ gəlib
-
Afrika ölkəsi Almaniyanı hədələdi
Botsvana prezidenti Berlinə 20 min fil göndərəcəklərini deyib
-
“Demokratiya təhlükədə”
Almaniya daxili kəşfiyyatının rəsmisi ifadə azadlığının qorxunc həddə çatdığını deyir
-
NATO-ya qadın başçı
Dünyanın ən güclü hərbi ittifaqına qatı antirusiyaçı, keçmiş SSRİ vətəndaşı rəhbərlik edəcək
-
44 rəqəmi qadağan olundu?
“Adidas” alternativ dizayn söz verib
-
Ayda 50 qram
Almaniya marixuananı leqallaşdırır
-
Avropada traktor inqilabı
Qitənin inkişaf etmiş ölkələrinin fermerləri üsyana qalxıb
-
Alman ordusu yaşlanır?
Kadr çatışmazlığı üzündən azyaşlılar hərbi xidmətə cəlb olunur
-
Almaniyada skandallar həftəsi ...
Ölkə tarixinin ən böyük maliyyə qalmaqalının məhkəməsi başlayır
-
Günün günorta çağı “sübh basqını”
Almaniyada üsyançılara qarşı əməliyyatlar davam edir
-
Özlərini eniş zolağına yapışdırdılar
“Son nəsil”in aksiyaları orijinal olduğu qədər də təhlükəlidir
-
Çevriliş planında rus barmağı?!
Həbs olunanlar 28 nəfərdən biri Rusiya vətəndaşıdır
-
Almaniyada çevriliş planları
Radikal sağçılar hökuməti zorla devirib kral ailəsinin üzvünü hakimiyyətə gətirmək istəyirmiş
-
Reanimasiyalar dolub
Almaniyada virus epidemiyası xaos yaradıb
-
524 gəmi, 13 milyon ton taxıl
Almaniyanın məşhur qəzeti Ərdoğanı göylərə qaldırdı ...
-
Şoltsdan çağırış ...
Almaniya kansleri dünyanı bloklara böləcək yeni soyuq müharibə barədə xəbərdarlıq edib
«Volkswagen» avtomobil şirkəti dünya boyunca 30 min iş yerini ixtisar etməyi planlaşdırdığını bəyan edib. Almaniyada 23 min əməkdaş öz iş yerini itirəcək.
İxtisar barədə qərar «dizel qalmaqalı»nın nəticələrini aradan qaldırmaq üçün qənaət etməkdir.
Şirkət iş yerlərini ixtisara salmaqla 2020-ci ilə qədər hər ilə 3,9 milyard dollar qənaət etmək niyyətindədir.
«Volkswagen»in dünya üzrə müəssisələrində və ofislərində ümumilikdə 600 mindən çox insan çalışır.
Plana əsasən qənaət edilən vəsait həmçinin elektromobil və pilotsuz avtomobillər seqmentinin inkişafına yönləndiriləcək.
2015-ci ildə «Volkswagen»in ABŞ-da dizel avtomobillərinin işlənmiş qaz tullantısı testinin nəticələrini saxtalaşdırdığı məlum olub.
ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi müəyyən edib ki, avtomobilin kompüterindəki proqram mühərrikin hansı rejimdə çalışdığını müəyyən edə bilib.
Aparılan testlər zamanı bu proqram tullantı qazlarının real ölçülərini olduğundan daha aşağı göstərib.