vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
TOP OYUNLARI  
21:16 | 21 noyabr 2016 | Bazar ertəsi Məqaləyə 1756 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İşçilər məcbur edilir

«Neftçi» rəhbərliyindən yeni qərar

MÖVZU İLƏ ƏLAQƏLİ

Son vaxtlar uğursuzluq zolağından heç cür çıxa bilməyən «Neftçi» rəhbərliyi yeni qərar qəbul edib.

Komanda.az-ın əldə etdiyi məlumata görə, «ağ-qaralar»ın rəhbərliyi klubun bütün işçilərini məcburi VÖEN-ə keçirir. Belə olduğu halda, həmin şəxslərlə əmək müqaviləsi ləğv ediləcək. Əməkhaqqı isə onların açdığı xüsusi VÖEN vasitəsilə ödəniləcək.

Yeni qərara əsasən, işçilərlə xidməti müqavilə imzalanacaq ki, bu da, klub rəhbərliyinə işçiləri istədiyi vaxt işdən problemsiz kənarlaşdırmağa imkan verəcək. Belə ki. klubdan kənarlaşdırılanlara heç bir kompensasiya ödənilməyəcək.