vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
MÜƏLLİF  
10:49 | 22 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 3098 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Özü də Manisadan haa!

Başqanın yuxusundakı hökmdar…

Fəxri HACIBƏYLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Manisa Osmanlıdakı ənənəyə görə xüsusi statusu olan Saruhan sancağının mərkəzi idi. Bu sancağa təyin edilən şahzadə demək taxtın ən real namizədi, hünkarın seçimi idi. Manisa sancağı dövlət ərkanına görə bir taxt sancağı sayılırdı. İstisnalar xaric bu ənənə yüzillər boyu davam edib. Sultan Süleyman oğlu şahzadə Mustafanı vəliəhd olaraq 1533-41 arası bu sancağa təyin etmişdi. Haqqında şübhələri yaranan, ata-oğul, sultan-şahzadə arasında inamsızlıq yaranan kimi buradan götürüb ən ucqara - Sivas vilayətinin Amasiya sancağına təyin etdi. Manisa həm paytaxta ən yaxın sancaqdır (həm də siyasi mənada), bundan əlavə də orada olan şahzadə taxtın növbəti sahibidir deyə bir ənənə mövcud olduğundan Sultan Süleyman qorxurdu ki, aralarında qarşılıqlı «üsyan etməyəcəm, sənə qıymayacam» əhdi olsa da oğlunun ətrafına toplaşmış paralel yapı elə oğlunun xəbəri olmadan, iradəsinə qarşı da olsa bunu öldürüb, taxta Mustafanı çıxarsınlar. Sultan bu təhlükəni hiss edirdi və haqsız da deyildi. Ona görə də çarə həmin mərkəzi sıradan çıxarmaq üçün Mustafanı aradan götürmək idi. Naxçıvan səfəri ərəfəsində yolüstü Konyaya çağırıb orada boğdurdu.

Yalnız Hünkarın (sultan atanın) seçimini qəbul etməyən şahzadələr (məsələn Birinci Səlim Yavuz) üsyan çıxarıb, güc yoluyla taxtı ələ keçirsələrdi bu halda ənənə pozulur, müstəsna hal baş verirdi.

Sultan Səlim Trabzon elində vali idi. Saruhan sancağına qardaşı Şahzadə Qorqud təyin edilmişdi və nəzəri olaraq taxtın vəliəhdi o idi. Bu Sultan Bayazidin seçimiydi. Amma Qorqudun oğul övladı olmadığından vəliəhdliyi tam legitin sayılmırdı, gözlər taxta oturacaq şahzadəni kənarda axtarırdı. Bu durumdan da Səlim yararlana bildi. Qaynatası, Krım xanı Mengli (Məngü. İndiki «monqol» sözü «Məngü el» - əbədi, daimi el, ulus, dövlət anlamındadır) Gərayın əsgəri yardımıyla üsyan qaldırdı, birləşmiş qardaşlarını - Amasiya valisi Şahzadə Əhməd və Qorqudu məğlub edib, atasını qərarına yenidən baxmağa məcbur etdi. Sultan Bayazid Amasiyaya yola salınmaq üzrə yola salındı, amma mənzil başına yetə bilmədi, yolda öldü.

Onu Səlimin zəhərlədiyinə inanılır.

Normalda isə taxta ən layiqli (hesab edilən) namizəd Manisa sancağına çıxarılır, «əmri-vacib» «vükuu» bulunduqdan sonra buradan İstanbula, saraya gəlib cülus edirdi.

Taxta əyləşəcək şahzadə, gələcəyin hökmdarı burada idarəetməni öyrəndiyi, burada yetişdiyi, formalaşdığı üçün burada xüsusi bir siyasi mühit formalaşıb. Buranın titulyar insanları (ruhani sinfindən tütmüş tüccarınadək bütün rəiyyət) üzərində «növbəti sultanı tərbiyə edən» məsuliyyəti, minnəti, görəvi hiss etdiyindən bura insanları, sosial mühiti barədə daha irəli görüşlü, bir az islahatçı, yeniləşdirici, yeniliyi yaradan, yeni düşüncəni təyin edən fikri meydana gəlib.

Sanki bir yerlər dirilməkdə olan Osmanlıçılığın ənənəvi siyasi mərkəzinin xarakterini çatdırır. Ələ salırmışcasına.

Rəmzi dillə, rəmzlərin diliylə!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)