vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
MÜƏLLİF  
19:13 | 8 dekabr 2016 | Cümə axşamı Məqaləyə 7682 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vicdanın sızlamırmı heç?

Şaxta babaya və Tanrıya məktub...

Roya RƏFİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Uşaqlar artıq yeni ilə hazırlaşıb Şaxta babaya məktub yazırlar. Mənə də deyirlər ki, sən də yaz Şaxta babadan nə istədiyini. Beləcə, üçümüz də yazdıq: balalarım arzularını, Şaxta babadan istəyəcəkləri hədiyyələri, mənsə Tanrıdan şikayətimi. Balacalara nə var ki? Hələ anlada bilmərəm ki, Şaxta babanın hədiyyələrini onlara mən alacam.

Hə, Tanrıya məktubum çox da uzun deyil. Ona illər boyu ürəyimdə verdiyim sualı nəhayət, məktubumda verdim: «Eh, Tanrı, niyə bu qədər ədalətsizsən? Nədən mən pulsuz, kasıb bir ailədə dünyaya gəldim ki? Niyə kasıb ailələrə övlad bəxş edirsən? Sən soyuq havalarda ayaqqabısı su dolmuş uşaqların ahının qarşısında necə dayana bilirsən axı? Nədən çevrəmdəki ən yaxşı insanları pulsuz yaratdın? Sən özün bircə gün yerə düşüb pulsuz yaşaya bilərsən? İnsanlar tüpürərlər üzünə. Əyri yollarla pul qazanmağın bir çox yollarını da öyrədənlər olar sənə, sən də məncə, buna gedərsən...

Yer üzü bu qədər ehtiyac içində yaşayan körpə ilə dolu olduğu halda, necə rahat ola bilirsən? Mən qarlı havalarda küçədəki itləri də düşünüb kövrəlirəm. Bu qədər səfalət içində insanları yaratmaq bir əyləncədirmi səninçün? Vicdanın sızlamırmı heç? Yoxsa bu sözü insanlar uydurublar? Öz yaratdığın, çirkab dolu dünyandan xoşun gəlirmi? Tanrı mükəmməl bir şey yaratmalı idi əslində...

Yazdığın talelərin acı olması üçün çoxmu çalışırsan? Mərhəmətin haradadır bəs? İnsan olmağın Tanrı olmaqdan daha çətin olduğunu bilirsən? Bircə gün insan kimi yaşasan, Tanrı olmağından da utanarsan yəqin... Yuxarıdan aşağıya baxmağa nə var ki?»...

Səndən bu il də heç nə istəmirəm, gələn il də istəməyəcəm, çünki heç birini etmək gücündə deyilsən... Bacarsam, özüm edəcəm».

Məktubumu yazıb qurtarandan sonra baxıram ki, balacam əlində hədiyyə istəyi olan məktubu, mənim yazdıqlarıma baxır. Hələ yazıb-oxuya bilmir, yəqin düşünür ki, anası Şaxta babadan daha çox hədiyyə istəyib...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)