vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
QƏZA, FACİƏ  
13:17 | 11 dekabr 2016 | Bazar Məqaləyə 2513 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İstanbulda 10 saniyə içində iki qanlı terror

Ölü sayı 38 çatdı, 155 nəfər yaralıdır

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin daxili işlər naziri Süleyman Soylu dekabrın 10-da axşam saatlarında İstanbulun mərkəzində törədilən terror aktı nəticəsində həlak olanların sayının 38-ə çatdığını, 155 nəfərin isə yaralandığını bildirib. Azərtac xəbər verir ki, ölənlər arasında 30 polis, 7 mülki şəxs də var. Bir nəfərin kimliyi isə hələlik müəyyənləşdirilə bilməyib. Hadisə ilə bağlı saxlanılanların sayı 13-ə çatıb.

***

 

23:56 (10.12.2016)

Bir az əvvəl «Beşiktaş»ın «Bursaspor»la oynadığı «Vodafone Arena» stadionun qarşısında 10 saniyə içində iki güclü partlayış törədilib.

Strateq.az xəbər verir ki, hadisə ilə bağlı açıqlama verən daxili işlər naziri Süleyman Soylu deyib ki, partlayış nəticəsində onlarla yaralı var:

«İlkin məlumata görə, 10 saniyə ərzində iki ardıcıl partlayış olub. Yaralı polisimizin verdiyi məlumata görə, hadisə nəticəsində onlarla çox insanımız yaralanıb. Hadisə ilə bağlı baş nazirimiz məlumatlandırılıb. Hadisə yerinə əlavə qüvvələr cəlb olunub».

İlkin məlumata görə, terror hadisəsi PKK terrorçuları tərəfindən partlayıcı maddələr yüklənmiş maşınlarla törədilib.

Onu da bildirək ki, hadisə yerindən canlı yayım dərhal qadağan edilib.